30 iyul 2021 15:50 (UTC +04:00)

Dünyanın ən varlı qadınları – SİYAHI – FOTO 

Dünyadakı varlılar siyahısına kişilərin hakim olduğu düşünülsə də, varlı qadınlar da azlıq təşkil etmir. Qadınların bəzilərinə bu var-dövlət miras olaraq qalıb. Ancaq öz səyləri ilə varlanan xanımlar da az deyil. Hər il olduğu kimi bu il də “Forbes” jurnalı dünyanın ən varlı qadınların siyahısını açıqlayıb.

Lent.az bu siyahını sizə təqdim edir. 

“Forbes”in araşdırmalarına görə, dünyanın ən varlı qadını Fransanın “L’Oreal” ətriyyat və kosmetika şirkətinin sahibi Fransuaza Bettankur-Meyersdir. 67 yaşlı bu xanımın sərvəti 73,6 milyard dollardır.

Dünyanın ən varlı ikinci qadını olan Alisa Uoltonun sərvəti 61.8 milyard dollardır. O məşhur “Walmart” mağazalar şəbəkəsinin qurucusu Sem Uoltonun qızıdır. 

 Üçüncü yerdə ABŞ-ın “Amazon” şirkətinin başçısı Ceff Bezosun keçmiş həyat yoldaşı olan 50 yaşlı Makkenzi Skottdur. Onlar 2019-cü ildə boşansalar da “Amazon”un gəlirlərinin 25%-i Makkenziyə keçib. Hal-hazırda onun sərvəti 53 milyard dollardır. 

 ABŞ-ın “Koch İndustries” şirkətinin vəfat etmiş sahibi Devid Koçun dul arvadı, 58 yaşlı Yuliya Koç siyahıda 4-cü yerdədir. Onun varidatı təxminən 46.4 milyard dollardır. 


Beşinci yer: 75 yaşlı Miriam Adelsondur. Onun sərvəti 38.2 milyard dollardır. O, ABŞ-ın “Las Vegas Sands” kazino operatorunun sahibi olan Şeldon Adilsonun dul arvadıdır. Yoldaşı vəfat edəndən sonra bütün sərvəti Miriam Adelsona qalıb. 


Altıncı yerdə Jaklin Marsdır. Xanım ABŞ-ın konfet və qida məhsulları istehsal edən “Mars incorporated” şirkətinin varislərindən biridir. Sərvəti 31.3 milyard dollardır. 

Çinin “Country Garden Holdings” şirkətinin varislərindən biri olan 39 yaşlı Yan Xueyn yeddinci yerdədir. Varidatı 29.6 milyard dollardır. 


Səkkizinci yerdə Almaniyanın BMW avtomobil şirkətinin varislərindən, həmçinin “Altana AG” əczaçılıq şirkətinin səhmlərinin 50.1%-nin sahibi  Suzanna Klattendir. 58 yaşlı qadının sərvəti 27.7 milyard dollardır. 

67 yaşlı Qina Raynhart 23.5 milyard dollar sərvəti ilə 9-cu yerdədir. O, atasından qalma “Hancock Prospecting Group” şirkətinin rəhbəridir. Qeyd edək ki, Qina xanım Avstraliyanın ən varlı adamıdır. 

Siyahımızda sonuncu yeri 23.3 milyard dollar sərvəti olan, 78 yaşlı İris Fonbona tutur. O, 2005-də vəfat etmiş Çili milyarderi Androniko Luksiçin yoldaşı olub. 


“Forbes”un məlumatına görə, bu il milyarder qadınların sayı 36% artıb.

 

Sevinc Fərid 
 

# 4194
avatar

Oxşar yazılar