Dünyanın ən gülməli elmi kəşflərinin hər birinə 10 trilyon dollar verildi
12 oktyabr 2022 14:40 (UTC +04:00)

Dünyanın ən gülməli elmi kəşflərinin hər birinə 10 trilyon dollar verildi

Nobel mükafatının laureatları bəlli olub.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Nobelə alternativ olaraq yaradılmış Şnobel mükafatının da qalibləri açıqlanıb.

Qeyd edək ki, Şnobel Harvard Universitetinin 1991-ci ildə Nobelə alternativ kimi yaratdığı mükafatdır. Harvard professorları hər il dünyanın ən gülməli kəşflərini mükafatlandırıb. Bu il də çox maraqlı laureatlar var.

Məsələn, tibb uzrə mükafatın birini bu il tətbiqi kardiologiya mütəxəssisləri alıb. Sən demə, ilk baxışdan bir-birinə vurulan aşiqlərin ürəyi həmahəng döyünməyə başlayırmış. Alimlər də neçə il gecəni gündüzə qatıb bunu tədqiq ediblər.

Tibb üzrə ikinci mükafatı Polşa alimləri qazanıblar. Onlar müəyyən ediblər ki, əgər kimyaterepiya zamanı komponentlərdən birini dondurma ilə əvəz etmək mümkün olsa, pasiyent üçün bu prosedur daha yüngül keçər. Üstəlik effekt də böyük olar.

Ədəbiyyat üzrə Şnobel mükafatı isə dünyanın müxtəlif ölkələrindən olan bir neçə alimə verilib. Onlar illərlə tədqiqat aparıblar, qanunvericilik sənədlərini araşdırıblar, nəhayət axırda tapıblar ki, qanunların dilini başa düşmək çətinmiş. Amma alimlərin bu suala cavabı nədir, deyəsən bunun bir açıqlaması hələ yoxdur.

Biologiya üzrə Şnobel laureatlarının kəşfi lap məzəlidir. Onlar qəbizliyin əqrəblərin cütləşmə qabiliyyətinə təsirini araşdırıb dünya elminə "zəngin töhfələrini" veriblər.

Mühəndislik sahəsinə gəlincə, burada mükafat Yaponiya alimlərinə çatıb.Onlar qapı dəstəyini barmaqla çevirməyin ən səmərəli üsulunu göstəriblər. Ancaq üsulu doğru-dürüst izah etməyiblər.

Qədim Mayya təsvirlərində imalə ritualını öyrənən tarixçilərin də əməyi boşuna getməyib. Onlar tədqiqat mövzusuna multidistiplinar yanaşmalarına görə mükafatlandırılıblar.

Fizika üzrə Şnobel mükafatı ördək balasının anası ilə sinxron istiqamətini ani dəyişərək onun ardınca üzmək qabiliyyətini araşdırmış alimlərə verilib. 

Texniki təhlükəsizlik üzrə mükafat da maralın real ölçüdə rezin maketini hazırlayıb onu yol qəzalarında sınaqdan keçirmiş bir isveçliyə qismət olub. 

Bir qrup tədqiqatçı isə sözgəzdirən adamlar üçün nə zaman "gopa basmağ"ın, nə zaman həqiqəti deməyin ən yaxşı vaxtını müəyyən etməyə kömək göstərən alqoritm hazırlayıblar. 

Builki Şnobel mükafatçılarının hərəsinə 10 trilyon Zimbabve dolları verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2571
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09