İlhamə Kərimova və övladları
25 yanvar 2021 17:43 (UTC +04:00)

İlhamə Kərimova və övladları

Dovşanını balası kimi böyüdən İlhamə xanım: "Ona sırğa da almışdım" - "Zoo...Lent"

“Bir aylıq, yumruq boyda idi. O qədər balaca idi ki, üşüməməsi üçün papağın içində saxlayırdım”. 

Bunu İlhamə Kərimova deyir. Əslində bu ad sizə heç nə deməyəcək. Amma bu kiçik girişi yazmaqda məqsədimiz var. Çünki Lent.az yeni rubrikaya başlayır: “Zoo...Lent”.

Rubrikamızın ilk qonağı da məhz İlhamə xanımdır. O, məhdud imkanları olmasına baxmayaraq, həm evindəki heyvanlara, həm də küçələrdəki sahibsiz heyvanlara isti qucaq açmağı bacarıb.

İlhamə xanımın hazırda evində dovşan və pişikləri var. Bunlarla yanaşı sahibsiz, ehtiyacı olan heyvanlara da gündəlik yem alır, onları bəsləyir:

“Heyvanlara olan sevgimi həyətdə demək olar ki, hamı bilir. Buna görə də halsız, harasısa sınmış, qulluğa ehtiyacı olan heyvanları tez-tez qapımın ağzına qoyurlar. Onları götürüb, təmizləyib, yemləyib, sağalana qədər yanımda saxlayıram. Təəssüf ki, evimin imkanları onları sona qədər yanımda saxlamaq üçün çox deyil. Ancaq bacardığım qədər onlara faydamın dəyməsinə çalışıram. Havaların pis keçməsinə görə pəncərəmin önündə də xüsusi pişiklər üçün yer düzəltdirmişəm. Həmin yerdə onlarla maraqlanıram, qayğılarına qalıram”.

Heyvanlara olan sevgisinin İnternetdə izlədiyi videolardan yarandığını deyən müsahibimiz ilk olaraq özünə dovşan aldığını deyir:

“Videodan o qədər çox xoşum gəldi ki, “Təzə bazar”a gedib özümə 10 manata dovşan aldım. 1 aylıq, yumruq boyda idi. O qədər balaca idi ki, onu papağın içində saxlayırdım ki, üşüməsin. Gün keçdikcə "Alvina" (dovşana qoyulan ad - red.) ailəmin üzvlərindən birinə çevrilməyə başladı. Danışmırdı, amma hər şeyi başa düşürdü. İnternetdə araşdırmışdım və bilirdim ki, hansı hərəkəti ilə nə demək istəyir. Ona mənimlə birlikdə qızım da, oğlum da heyvan kimi baxmırdı. Adicə evdən fitrə çıxanda onun adına da çıxarırdım. Mənə lağ edən, gülənlər də var idi, amma özümdən asılı deyildi”.

Dovşanını övladı kimi görən həmsöhbətimiz bildirir ki, "Alvina"nın özü də onları ailə üzvü kimi görüb:

”Mənim, qızım və oğlum üçün tam başqa idi. Uşaq kimi idi, onu üçüncü balam kimi sevirdim. Balacalıqdan hər gün səhər və axşam həyətə çıxarırdım. Yaxınlıqdakı parkda gəzirdik, oynayırdıq. Evi də dağıtmırdı. Onun xüsusi oyuncaqları var idi, hər gün bir müddət oynayırdı, sonra yorulanda bir yerə toplayırdı ki, yığışdıraq.

Oğlum Kənan bir dəfə zəhərlənmişdi. Ona gecə saat 2 radələrində ayran verirdim. Halı yox idi, gəzə bilmirdi. "Alviş" onun başını qatırdı, ayaqlarını dartırdı ki, onunla oynasın, gəzsin. Oğlumun üstünü örtəndə görürdüm ki, yanımıza gəlib mənə kömək etməyə, yorğanın kənarlarını bərkitməyə çalışır”.

"Alvina"nın 2 il 3 ay onlarla birlikdə olduğunu deyən İlhamə xanım, hər iki ili ona xüsusi ad günü keçirdiyini bildirir:

“2 yaşında salona aparıb qulağını deşdirib, qızıl sırqa alıb taxmışdım. Kim görürdüsə, maraqla baxırdı. Evə qonaq gələnlərə sırqasını göstərmək üçün qulaqlarını xüsusi göstərirdi. 

Onunla bağlı xatirələrim hədsiz çoxdur. Ən yadda qalanları isə Türkiyəyə səfərimizdəndir. Qızım Səkinə Türkiyənin İsparta şəhərindəki Süleyman Dəmirəl Universitetində təhsil alırdı. Məzun günündə oğlumla birlikdə onun yanında olmalı idik. "Alvina"nı isə etibar edəcəyim biri yox idi. Onu kiminsə yanına qoya bilməzdim, sözün düzü, özüm də onsuz çox darıxardım. Ona görə araşdırdım və onu da özümüzlə birgə apara biləcəyimizi öyrəndim. Düzdür, sənədləri yığmaq vaxtımı müəyyən qədər aparsa da, axır ki, onunla yola düşməyi bacardıq. Bir çox proseslərdən keçdikdən sonra uçuş üçün lazım olan sənədləri əldə etdik. Yola düşməsi üçün xüsusi bilet tələb edilməsə də, müəyyən ödəniş də etdim. Bunu da deyim ki, Azərbaycan Hava Yollarından Antalyaya uçan ilk dovşan "Alvina" olmuşdu. Uçuşumuz o qədər rahat, sərbəst, problemsiz keçmişdi ki”.

Söhbətimiz zamanı kövrələn müsahibimiz hazırda başqa dovşan saxlasa da, "Alvina"nın yerini vermədiyini və onun üçün darıxdığını vurğulayır:

“Hislərimi hansı sözlərlə ifadə edəcəyimi düzü bilmirəm. Onun yeri evimdə indi də görünür. Oğlum və qızım da hər onu xatırlayanda kövrəlir.

"Alvina" müəyyən yaşdan sonra cütləşməli idi. Dovşanlar isə 8, 10, 12 dəfə balalayır. İlk ağlıma gələn bu idi ki, balalarını ondan ayırdıqdan sonra pis olacaq. Bir çox problemlər yarandı, nə qədər həkim gəzdim. Onu əməliyyat etdirməliydim. Ancaq dovşanlar tez yatıb, oyandığı üçün xüsusi narkoz lazım idi. Narkoz növünü tapa bilmirdim. Sonradan özəl klinikaların birindən həkim tapdım. Çətin olsa da, əməliyyat etdirməyə razı sala bildim. Əməliyyat edildi, narkozdan normal ayıldı. Hər şey əvvəlki kimi idi, ancaq 5 gün sonra durduğu yerdə öldü. Hələ də o anları unuda bilmirəm. Onun ölümü məni də, ailəmi də çox pis etmişdi. Ətrafımdakı şəxslər mənə pis olmamağım, onun yerini doldurmaq, başımı qatmaq üçün dovşan almağımı məsləhət bilsələr də, almırdım. Sonra özümə başqa bir dovşan aldım. Amma "Alvina"nı unutmadım, unutmağım mümkün də deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6507
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar

Əsl  FACİƏ   ustaları: Əzab çəkməyi  sevən BÜRCLƏR

Əsl FACİƏ ustaları: Əzab çəkməyi sevən BÜRCLƏR

13 dekabr 2024 , 18:41
Saç tökülməsinə   səbəb ola biləcək 8 yemək vərdişi

Saç tökülməsinə səbəb ola biləcək 8 yemək vərdişi

13 dekabr 2024 , 16:44
Arktika yenidən dondurulur?

Arktika yenidən dondurulur?

13 dekabr 2024 , 12:50
İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

İlon Maskın sərvəti artdı - O dünyanın ən varlı insanıdır

13 dekabr 2024 , 02:05
Qadının əri hansıdır?  Əyləncəli 5 saniyəlik TEST

Qadının əri hansıdır? Əyləncəli 5 saniyəlik TEST

13 dekabr 2024 , 00:15
13-cü Cümə günündən qorxmalıyıqmı?

13-cü Cümə günündən qorxmalıyıqmı?

13 dekabr 2024 , 00:01
XXI əsrin qullar ölkəsi

XXI əsrin qullar ölkəsi

12 dekabr 2024 , 20:15
Avropanın bu ölkəsində zibil polisi  var

Avropanın bu ölkəsində zibil polisi var

12 dekabr 2024 , 13:09