Dırnaqları bir-birinə sürtəndə nələr baş verir? –  İNANILMAZ FAKTLAR
15 fevral 2021 16:49 (UTC +04:00)

Dırnaqları bir-birinə sürtəndə nələr baş verir? – İNANILMAZ FAKTLAR

Dırnaqlarınızı bir-birinə sürtərək saçlarınızı uzada biləcəyinizi bilirdinizmi?

“Kaş bu üsulu əvvəldən bilsəydim və qaynaq etdirməzdim” dediyinizi eşidən kimi oldum.

Saçınızı uzatmaq üçün evdə tətbiq edə biləcəyiniz bir çox üsul var.  

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, çinli alimlərin araşdırmasına görə, barmaq uclarımızdakı sinir sistemləri saç dərimizə bağlıdır. Dırnaqlarınızı bir-birinizə sürtdüyünüz zaman yaranan sürtünmə baş dərisindəki sinirlərə təsir göstərir. Bu qan axınını artırır və saç böyüməsini təmin edir.

Tibb mütəxəssisləri mütəmadi olaraq dırnaq sürtünməsi etdikdə saç tökülməsinin 3-6 aya qədər yavaşlaya biləcəyinə inanırlar. Saç dərinizdə artan qan axını, kəpək və erkən ağarma kimi digər problemlərə də kömək edə bilər. Bu işin ən yaxşı tərəfi, təbii ki, heç bir avadanlıq və pul tələb etməməsidir.

Ancaq bəzi insanların bunu etməsi təhlükəli ola bilər. Qan təzyiqini artıra bildiyinə görə hamilə qadınlara, şəkərli diabet və ürək xəstələrinə bunu etmək tövsiyə edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4698
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar