Britaniyalı qadın Roxen Balciunas bahalı otellərdə pulsuz qalmağın yolunu tapıb.
Lent.az xəbər verir ki, o, uşağı ilə birlikdə Türkiyənin Kuşadası bölgəsindəki “Türk Ramada Hotel & Suites”ə otelinə gedib və oranın təklif etdiyi bütün xidmətlərdən pulsuz istifadə edib.
Roxen bir neçə müddət əvvəl bu oteldə qalıb. Lakin oteli tərk edən zaman o məkana məxsus qolbaqları geri qaytarmayıb.
Onun sözlərinə görə, otelə daha sonra daxil olanda otel işçiləri qolbaqları yoxlamayıblar və o da taxmağa davam edib. Otel işçiləri həmin qadının oranın müştərisi olub-olmamasından şübhələnməyib.
Roczen etiraf edib ki, pulsuz yemək və əyləncə onların tətilinə həyəcan qatıb və bu fürsətdən maksimum yararlanıblar.
Sosial şəbəkələrdə bir çox istifadəçi qadını qınasa da, bəziləri onu cəsur adlandırıb.