Astronomlar ən uzaq "qara dəliyi" aşkara çıxardılar
10 iyul 2023 04:53 (UTC +04:00)

Astronomlar ən uzaq "qara dəliyi" aşkara çıxardılar

"Ceyms Uebb" Kosmik Teleskopu "Böyük Partlayış"dan  570 milyon il sonra mövcud olmuş qalaktikada "qara dəlik" aşkar edib.

Lent.az xəbər verir ki, bu gün o astronomlara məlum olan ən uzaq "qara dəlik"dir. Onun mövcudluğu faktı Kainatın təkamülü ilə bağlı müasir fikirləri şübhə altına alır.

"Böyük Partlayış"dan cəmi yarım milyard il sonra mövcud olmuş EGSY8p7 qalaktikası Yerdən ağlasığmaz dərəcədə uzaqdır. Bununla belə, o, təkcə qədimliyi ilə deyil, həm də mərkəzdə yerləşən superkütləli CEERS 1019 "qara dəliyi" ilə diqqət çəkir. Birincisi, o, "Böyük Partlayış"dan 570 milyon il sonra mövcud olduğu üçün indiyə qədər kəşf edilənlərin ən qədimidir. İkincisi, onun kütləsi Günəşdən cəmi yeddi milyon dəfə böyükdür, halbuki ilk kainatdakı digər "qara dəlik"lər çox vaxt ulduzumuzun kütləsindən milyard və ya daha çox dəfə artıqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1767
avatar

Oxşar yazılar