Türkiyə pop musiqisinin tanınmış ifaçılarından Zerrin Özer sənət fəaliyyətinin 50 illiyini təntənəli tədbirlə qeyd edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi yubiley münasibətilə ilk konsertini Grand Sapphire Resort səhnəsində verib.
Zerrin Özer çıxışı zamanı sənət yoluna nəzər salaraq bunları deyib:
"İlk illərdə həvəskar idim, o dövrü dəqiq xatırlamıram. Mən 50 deyil, 40 il deyirəm. Amma həvəskar olduğum illəri də hesablasaq, bu gün sənətdə 50 ili tamamlamışam. Artıq tarixəm."
Uzun illərdir Türk pop musiqisinin ən güclü və fərqli səslərindən biri kimi tanınan Zerrin Özer yubiley tədbirində həm pərəstişkarları, həm də sənət dostları tərəfindən alqışlarla qarşılanıb.