“O, məni qısqanmırdı. Əgər məni qısqanacaqdısa, niyə mənə elçi gəlirdi? Niyə dəm-dəsgah qururdu? Niyə toy edirdi?” Bunu Lent.az-a açıqlamasında müğənni Səidə Dadaşova keçmiş həyat yoldaşı, türkiyəli Səlcuq Gökgözdən ayrılmasına münasibət bildirərkən deyib: “Səlcuqla düşmən deyilik. Onunla evli olduğum vaxtlarda yaxşı dost olmuşuq. Əgər bir insan sənət adamı ilə ailə həyatı qurursa, o, düşünülmüş addım atır. Bilir kimlə evliliyə girir .O, mənimlə evlənməmişdən öncə hər şeyi düşünmüşdü. Onun 47 yaşı var. Bu insan barəmdə hələ də danışırsa, nə deyim ona? Ağlı odur. Mənim də ağlım bu. Sənətimi çox sevən adamlardan biri olub. Hətta mənim telefonumda öz mahnılarım yox idi. Gedirdi mahnılarımı axtarıb tapıb, disklərə yazdırıb, qulaq asırdı. Amma hələ də mənim adımı müzakirə etməsini anlaya bilmirəm. Ondan ayrılandan sonra söz-söhbətdən uzağam. Məni atam, bacım, ümumiyyətlə ailəm maraqlandırır. Şəxsi həyatımın insanların müzakirə mövzusuna çevrilməsini istəmirəm”.
4631