Ötən gün xalq artisti Nazpəri Dostəliyevanın pərəstişkarı, bəstəkar-müğənni Arif Səlimovun toyu olub. Lent. az -ın məlumatına görə, toyun bir hissəsinin xərcini N. Dostəliyeva çəkib. El şənliyi maraqlı anlarla yadda qalıb. Səbəbkar Arifin N. Dostəliyeva ilə birgə duet oxuması qonaqlara xoş anlar bəxş edib. Toyda xalq artisti Məleykə Əsədova, əməkdar artist Gülyaz Məmmədova, müğənni Murad Sadıq və başqa sənətçilər iştirak ediblər.
Xatırladaq ki, Arif ANS TV-nin “Toy olsun” verilişinin iştirakçısı olub.
Fotolar Axşam. az-a məxsusdur.