Nazəninin əri: "Təranə Qumral camaatın içinə necə çıxacaq?" - MƏHKƏMƏ
03 mart 2016 17:43 (UTC +04:00)

Nazəninin əri: "Təranə Qumral camaatın içinə necə çıxacaq?" - MƏHKƏMƏ

 

Bu gün Bakı Apellyasiya Məhkəməsində müğənni Nazəninin əri Məhəbbət Həsənovla müğənni Təranə Qumral arasında məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, qərara əsasən T.Qumralın cəriməsi 5 min manatdan 3 min manata endirilib.

 

Məhkəmə prosesindən sonra Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov Lent.az-a açıqlama verib: “Məhkəmə qərarına əsasən Təranənin bizə ödəyəcəyi 5 min manat, 3 min manata endirilib. Yəni Təranəyə 3 min manat cərimə kəsilib. O da buna sevinir. Məhkəmədə uduzan tərəf necə sevinə bilər ki? Onun ödəyəcəyi cərimə, pul bizim üçün maraqlı deyil. Maraqlı olan onun bizdən üzr istəməsidir. Çünki o, bizim başımıza gətirdiyi oyunları pula görə edib. Mənə maraqlıdır ki, bu qadın başqasının kişisi ilə görüşməyi özünə fəxr bilir? Bunun yeznəsi, əri və qohumları hara baxır? Bu adam özünə ağıllı qadın deyir. Ağıllı qadın özünə sual verirmi ki, məhkəmədə başqasının əri ilə adım niyə hallanır? Keçən dəfəki məhkəmədə də demişdi ki, udmuşam. Başa düşə bilmirəm ki, məhkəməni udan adam cərimə ödəyir? Ona məsləhətim odur ki, üzr istəsin. Məhkəmə mənim onunla görüşdüyümü təsdiqləyib. Hətta onun mənə yazdığı intim mesajlar da hələ də məndə qalır. Bizdən üzr istəməyənədək, bu işdən geri çəkilməyəcəm. Mənə maraqlıdır ki, bu camaatın içinə necə çıxacaq?”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307

Oxşar yazılar