Eyyub Yaqubov: “Sürprizlər olacaq”
03 iyun 2014 15:24 (UTC +04:00)

Eyyub Yaqubov: “Sürprizlər olacaq”

Əməkdar artist Eyyub Yaqubov iyunun 12-si verəcəyi solo konsertinə hazırlaşır. Lent.az-ın məlumatına görə,  "Nar-Şərab" istirahət məkanında-açıq havada baş tutacaq

konsertdə sənətçi canlı ansamblın müşayiəti ilə repertuarında yer alan bir sıra sevilən mahnıları oxuyacaq.

 

Konsertlə bağlı düşüncələrini Lent.az-la bölüşən E.Yaqubov bildirib ki, gecədə sevilən mahnıları ilə yanaşı yeni bəstələrə də müraciət edəcək: “Artıq konsertimə sayılı günlər qalıb. Məhz həmin günlə bağlı hazırlıq prosesləri öz yolundadır. Canlı ansamblın müşayiəti ilə sevilən mahnılarımı ifa edəcəm. Bundan əlavə yeni bəstələrə də müraciət edəcəyimi düşünürəm. Bundan əlavə gecədə sürpizlər də olacaq”. 

 

Xatırladaq ki, "Bakım mənim" adlanan konsertin aparıcısı tanınmış teleaparıcı Saleh Bağırovdur. Konsert saat 21:00-da başlanacaq.

 

Onu da əlavə edək ki,  gecənin biletlərin qiyməti belədir. VİP 130 AZN, Gold 100 AZN, standart yerlərin qiyməti isə 70 AZN-dir.

 

 

E.Yaqubovun “Bakım mənim” adlı konsertinin informasiya dəstəkçisi Lent.az-dır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 899

Oxşar yazılar