[b]Elnarə Xəlilovadan Səidə Sultana[/b] <span style="color:red;">SƏRT İTTİHAM:    <span style="color:red;">“Gecə paltarında...”  – <span style="color:red;">MÜSAHİBƏ
10 dekabr 2014 14:57 (UTC +04:00)

[b]Elnarə Xəlilovadan Səidə Sultana[/b] SƏRT İTTİHAM: “Gecə paltarında...”MÜSAHİBƏ

 

Müğənni Elnarə Xəlilova Lent.az-a müsahibə verib. İfaçı müsahibəsində Tarkanla duet oxumaqdan, yenidən aparıcılığa başlamasından və digər məqamlardan danışıb.

 

- Yaradıcılığınızda yeniliyi bir neçə gün öncə etdiniz. Türkiyəli müğənni Barış Kömürcüoğlu ilə ifa etdiyiniz “Dayan” adlı mahnıya çəkilmiş klipi media ilə bölüşdünüz...

 

- Bəli, hələ “Dayan” adlı mahnımı və ona çəkilmiş klipi yeni təqdim etmişəm. Belə deyək də, dünyaya mahnı balamızı gətirdik. İndi bu balamızın nazı ilə oynayırıq. Onu böyüdürəm, əzizləyirəm. Yaradıcılıq işim bundan ibarətdir. Başqa nə var? Yadıma düşdü, qarşıda Tarkanla duetim var. (gülür)

 

- Tarkanla duet nə zaman olacaq?

 

- (Gülür) Zarafat edirəm. Amma onu da deyim ki, hər bir zarafatda bir həqiqət var. Həyatdır, heç vaxt, heç vaxt demirəm.

 

- İfaçılıqla bərabər, aparıcılıqla da məşğul idiniz. Amma indi aparıcılıqdan uzaqsınız. Aparıcılıq çətinidir, yoxsa müğənnilik?

 

- Hər ikisi məsuliyyətli peşədir. Yenidən aparıcılığa qayıtma fikrindəyəm. Hazırda bununla bağlı işlər gedir. Əslində istəyirəm ki, böyük bir qadın proqramında aparıcılıq edim. Həmin layihədə qadına lazım olan hər bir şey olsun. Mətbəxdən, dəfilədən tutmuş, kosmetoloquna qədər. İnşallah bu istəyimi həyata keçirəcəyəm. Çox çətin və məsuliyyətli bir işin altına girmişəm. İlk növbədə gərək televiziya mənə dəstək olsun. Hələ bilmirəm ki, bu layihəm hansı telekanalda yayımlanacaq. Hələ ki, seçim qarşısındayam.

 

 

- Daim yaradıcılıq işinizlə məşğulsunuz. Amma nədənsə gördüyünüz işlər yox, geyim  tərziniz müzakirə olunur. Bir çoxları deyirlər ki, Elnarə Xəlilova əvvəlki kimi geyinmir, zövqsüzdür...

 

- Hə, o yazılarla mən də hərdən rastlaşıram. Zövqsüz məsələsi ilə. Heç razı deyiləm. Niyə razı deyiləm? “Elnarə əvvəlki kimi geyinmir”. Bu sözlə razıyam. Mən əvvəlki kimi necə geyinə bilərəm axı? Əvvəl mənim 23 yaşım var idi, ailə qurmamışdım. Laçın vaxtlarım idi. (Gülür) İndi 8 ildir ki, ailə qurmuşam, 3 övladım var. Ona görə də əvvəlki üslubumda geyinə bilmərəm.

 

- Bir həmkarınız bir müddət öncə açıqlama verib ki, “Elnarə Xəlilovanın geyimlərini, zövqünü bəyənmirəm. Zövqsüzdür”. Xəbəriniz varmı?

 

- Yox, xəbərim yoxdur. Kimdir ki, o həmkarım?

 

- Səidə Sultan...

 

- Tanımıram elə bir həmkarımı.

 

- Necə tanımırsınız? Bir vaxtlar sizin də çalışdığınız “W-Trio” qrupunda oxuyub.

 

- (Gülür) Mən? Mən onla eyni qrupda oxumamışam. Məndən sonra o qrupda ola bilər. Onu həmkar olaraq hələ ki, tanımıram. Mən Milli Konservatoriyanın məzunuyam, peşəkar, ali savadlı xanəndəyəm. O, gərək mənim statusumda olsun ki, həmkarım olsun. Başa düşdünüz də? Mənim həmkarlarım Röya Ayxan, Natəvan Həbibi, İradə İbrahimova və Samirə Allahverdidir.

 

 

- Səbəb nə olub ki, Səidə Sultan sizin geyimlərinizi bəyənməyib. Bəlkə onunla şəxsi münasibətləriniz normal olmayıb?

 

 

- Vallah bilmirəm ki, niyə elə deyib. Yəqin paxıllıq eləyir. Çünki ağlıma başqa nəsə gəlmir. Bu söhbəti indi eşidirəm. Yəni mən izləməmişəm. Mən hər bir insanın zövqünə və fikrinə hörmətlə yanaşıram. Amma müəyyən normativlər var ki, bunu hamımız bilirik. Bu gün internet dövrüdür, hər kəs baxıb, məlumat eldə edir.

 

- Hansısa bir müğənni sizin geyimlərinizə münasibət bildirə bilərmi?

 

- Yalnız mənim səviyyəmdə adam deyə bilər. Mən hər bir insanın fikrinə hörmətlə yanaşıram. Və hörmət eləməyi də bacarıram. Çünki mən belə tərbiyə almışam. Adını çəkdiyiniz adam hər zaman səhər efirinə gecə paltarında çıxır. Başa düşə bilmirəm, səhər efirinə necə gecə paltarında çıxmaq olar? Və yaxud da gecə makiyajında. Çıxıb, camaatın içində kimisə biabır edəsi deyiləm. Heç kimində qəlbini qıra bilmərəm. Nəyimə lazımdır? Yəqin tapdığı, bacardığı odur. Yenə də deyirəm, mən Elnarə Xəlilovanın bu günə qədər heç kimlə problemi olmayıb. Bu sözümün altına imzamı da atıram. Elə olub ki, illərdir salam verməyən insana salam verib, keçmişəm. Salam Allahın adıdır, hər kəsə salam verirəm. Qəlbimi qıran insanlara heç nə demirəm. Yalnız Allaha buraxıram. O, məndən çox geridədir. Özü də bunu başa düşür. Lazım gələrsə, mən ona kömək də edərəm. Ona qarşı heç bir kinim yoxdur.

 

- Ona nə kömək edə bilərsiniz?

 

- Hər cəhətdən. Zövq baxımından. Məsələn ona deyə bilərəm ki, bəsdir də gecə paltarında efirə çıxdın. Yalnız bu sözü özünə deyə bilərəm. Yəni çıxıb hardasa demərəm. İstəməzdim ki, adım onunla hallansın. Çünki bu onun üçün çox böyük reklam olacaq.

 

- “Eurovision-2008” təmsilçimiz Elnur Hüseynovun “O səs Türkiyə” müsabiqəsindəki çıxışını izlədiniz?

 

- Açığını deyim, Elnur həmin müsabiqədə çıxış edən zaman yatmışdım. Gecələr yatıram ki, səhər saat 6-da durub, yoldaşımı işə, uşaqları isə bağçaya yola salıram. Amma Elnurun çıxışına gəldikdə isə “Youtube”da izlədim və bəyəndim. Elnuru bir yerli və dost kimi çox istəyirəm. Onun istedadına mənim heç zaman şübhəm olmayıb. O, bu günə qədər nə edibsə, öz zəhməti ilə edib. Yəni ona daylıq edən olmayıb. Amma “O səs Türkiyə”də özünü sübut etdi ki, bax, mən Elnuram.

 

 

 

- Bir zamanlar Röya, Natəvanla birlikdə Vaqif Gərayzadənin yaratdığı “W-Trio” qrupunda çıxış edirdiniz. Daha sonra qrup dağıldı. İllər sonra yenidən həmin üçlüyün bir layihədə bir araya gəlməyini istərdinizmi?

 

- (Bir az düşünür) Açığını deyim? Mən istəməzdim. Çünki zəmin görmürəm.

 

- Niyə? Şəxsi münasibətlərə görə?

 

- Yenə deyirəm, şəxsən mənim heç kimlə problemim yoxdur. Ola bilər ki, kiminsə mənlə nəsə problemi var. Bax, onu bilmirəm.

 

- Röya və Natəvanla aranızda “səndən daha çox tanınıram” kimi mübahisələr  olub?

 

- Yox, qətiyyən. Biz elə səviyyəsizliyə yol vermərik. Anlaşılmazlıqlarımız olub, amma başqa nüanslar üstündə. Küsülü də olmuşuq. Normalda hər bir ailədə bacı qardaş arasında da söz-söhbətlər ola bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07