Elmira Rəhimovanın mahnısı yeni ifada -<span style="color:red;"> VİDEO
25 yanvar 2017 16:51 (UTC +04:00)

Elmira Rəhimovanın mahnısı yeni ifada - VİDEO

 Müğənni Gülay Zeynallı yeni mahnısını təqdim edib. Lent.az-ın məlumatına görə, ifaçı bu dəfə xalq artisti Elmira Rəhimovanın repertuarına müraciət edib. Gülay bəstəsi Emin Sabitoğluya məxsus olan “Sən olmasan” əsərini səsləndirib. Zeynallı xalq artistinin ona mahnıyla bağlı xeyir-dua verdiyini söyləyib: “Bu mahnını mənim ifamda Elmira Rəhimova dinləyib, çox bəyənib. Dünən verilişdə oxumuşdum, sonra telefonla əlaqə saxladı, öz xeyir-duasını verdi. Dedi ki, mahnılarımdan bəyəndiklərini ifa edə bilərsən. İnanıram ki, mənim ifamda “Sən olmasan”a yeni nəfəs gələcək. Həmçinin, layihə üçün fotosessia etdirdik. Komandamız yaxşı idi, Lamiyə, Nuranə, Şəbnəmə öz minnətdarlığımı bildirirəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275
avatar

Yalçın UĞUR

Oxşar yazılar