Danimarkanın 2 şəhəri “Eurovision-2014”ə ev sahibliyindən imtina etdi
03 iyul 2013 15:57 (UTC +04:00)

Danimarkanın 2 şəhəri “Eurovision-2014”ə ev sahibliyindən imtina etdi

Danimarkada keçiriləcək “Eurovision-2014” ə ölkənin 3 şəhəri ev sahibliyi etməyə iddialıdır. Lent. az-ın “Eurovision” ın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Olborq və Frederisiya ev sahibliyindən imtina ediblər. Məlumatda bildirilir ki, müsabiqənin Kopenhagenin “Parken” stadionunda keçirilməsinə də razılıq verilməyib. Buna səbəb isə futbol oyunlarının təxirə salınmaması olub.

 

Onu da xatırladaq ki, hazırda Herninq şəhərində “Boksen Arena”, Horsensdə “Fənqslet”, Kopenhagendə “DR Byen” və “B&W-Hallerne” məkanları mahnı müsabiqəsinə ev sahibliyi etməkdə maraqlıdırlar.

 

 

Qeyd edək ki, müsabiqə mayın 13-də, 15-də və 17-də keçiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1364
avatar

Oxşar yazılar