Azərbaycanlı müğənni: "Şou-biznes mafiyadır" - <span style="color:red;">FOTOLAR
23 iyun 2017 15:52 (UTC +04:00)

Azərbaycanlı müğənni: "Şou-biznes mafiyadır" - FOTOLAR

Müğənni Elvin Abdullayev yaradıcılıq işlərindən danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yay mövsümünə uyğun fotosessiya etdirib: “Yayın gəlişi ilə əlaqədar isti ab-havalı fotolar istədim. Buna görə də yenə mənim sevimli fotoqrafım Elgün Zamanın obyektivi qarşısına keçdim. Yayda yaradıcılığımla bağlı bir çox yeniliklər planlaşdırıram. Bəziləri maddiyata görə ləngiyir. Yeni mahnı və klip gözlənilir. “O gün” mahnıma klip olacaq”.

 

İfaçı şou-biznesdən və toylardan da söz açıb: “İki ildir ki, şou-biznesdə durğunluqdur. Gözləyirik ki, bunun aqibəti necə olacaq. Çoxları toyun olmaması ilə əlaqələndirir. Amma sənətçi tək toydan qazanmır ki... Hərənin öz biznesi var. Toylar yoxdur deyib, mahnı yazdırmayaq, klip çəkdirməyək? Onda şou-biznes gərək batsın. Buna imkan verməmək üçün hamı işləməlidir. Düzdür, razıyam ki, buna maddiyat səbəb olub. Gəlir az olanda, çalışmaq həvəsi də azalır. Səbr edək, düzələcək. Şou- biznesimiz bir mafiyadır. Burada ad qazanmaq, gündəmdə qalmaq üçün çalışmaq lazımdır".

 

İfaçı bu yay istirahət üçün Bodruma yollanacağını bildirib: "Ən gözəl bölgələrimizdən biri olan Qaxa gedəcəm. İyulun sonunda isə xanımımla birlikdə Bodruma yollanacağam".

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 227
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07