Azərbaycanlı aşıq Halil Sezainin mahnısına klip çəkdirdi
26 may 2014 11:15 (UTC +04:00)

Azərbaycanlı aşıq Halil Sezainin mahnısına klip çəkdirdi

Azərbaycanlı aşıq Səbuhi Hamletoğlu Türkiyənin tanınmış müğənnisi Halil Sezainin repertuarından olan “İsyan” mahnısını ifa edərək, bəstəyə klip çəkdirib. Lent.az-a açıqlama verən aşıq bununla bağlı deyib: “Xeyli müddət idi ki, Halil Sezainin ifasında sevilən “İsyan” mahnısına klip çəkdirmək istəyirdim. İstəyimi həyata keçirdiyim üçün şadam. Düşünürəm ki, bu mahnının bu versiyası da dinləyicilər tərəfindən seviləcək”.

 

Xatırladaq ki, “İsyan” mahnısının söz və musiqisi Halil Sezaiyə məxsusdur.

 

 

Qeyd edək ki, Azərbaycanda “İsyan” mahnısını müğənnilərdən Xatirə İslam və Niyam Səlami də öz repertuarlarına daxil ediblər. Hətta bu mahnıya görə tərəflər arasında qalmaqalda yaşanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902
avatar

Yalçın UĞUR

Oxşar yazılar