Ana olandan sonra xeyli arıqlayan Ayan bababkişiyeva yeni fotosessiya etdirib. Foto-kameralar önünə keçən müğənni Lent.az-a bildirib ki, o, daim pəhrizdədir: “İstər ana olmadan öncə, istərsə də indi. Mən hər zaman yeməklərimə diqqət etmişəm. Ümumiyyətlə səhnə gözəlliyi sevir. Səhnədəsənsə, sənət adamısansa daim formada olmalısan. Mən bu prinsiplə yaşayıram. İnsan formada olanda özünü rahat hiss edir”.