[b]Fatimə Xatunu məhkəməyə verdi: "Qızıma söyüb..."[/b]
22 iyul 2018 11:36 (UTC +04:00)

[b]Fatimə Xatunu məhkəməyə verdi: "Qızıma söyüb..."[/b]

Rəqqasə Fatimə Fətəliyeva ilə müğənni Xatun Əliyeva arasında qalmaqal daha da böyüyüb.

 

Lent.az axşam.az-a istinadən xəbər verir ki, rəqqasə sənətçini məhkəməyə verib. Bu haqda Fatimə İnstaqramda canlı yayımda deyib. O bildirib ki, Xatun və şairə Nazilə Səfərli onun ünvanına dedikləri təhqirlərə məhkəmədə cavab verəcəklər:

 

"Qanun qarşısında cavabını verəcəksən, sözlərinin üstündə dayan. Mənə dediyin xəyanəti, nəslimdə kişi olmamasını, afirist sözünü sübut edəcəksən. Qızıma söyməyinin cavabını verəcəksən. Yadında qızıma dedin ki, beləsən... Hansı ana qızına söyməyə dözə bilər? Hamı bilir ki, necə qız böyütmüşəm. Onu avtobusa minməyə də qoymamışam. 24 yaşı olacaq. Hamı bilir ki, Aydan necə xanım-xatun qızdır. Özün də bunu bilirdin və deyirdin. Bu insan məni rüsvay etmək istəyirdi, amma alınmadı.

 

Mənə oğru adını qoyublar. Bir dəfə Amerikada olanda mağazadan mal aldım, pul verməyi unutmuşdum. Gəlib bu haqda ona danışmışdım. İndi mənim adımı oğru qoyub. Şairə ilə oturub məni müzakirəyə qoyublar. Məhkəmədən sonra hər şeyin düz tərəfini biləcəksiniz. Lazım olsa, onun yazdığı mesajları sosial şəbəkədə yayacam".

 

Fatimə Xatunla davasının səbəbini açıqlayıb:

 

"Mənim davam onunla xına məkanı açması üçün başlamayıb. Salonuma gəlib-gedib, qardaşı yanımda işlədi, dostlaşdıq. Ona qarşı fikrim, onu çox istəmişdim. Deyirdim, səmimidir. Məni bir xınaya dəvət etmişdi. Dedim ki, filan qiymətə gələrəm, amma heç kimə demə. Başladı ki, sən kimsən, səni salonda sürüyərəm. Ərin, qızın, işçilərin səndən utanır. Bütün dediyi sözlər telefonumda durur. Mənimlə davadan sonra daha da ürəkləndi". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07