<b>Afaq məhkəməyə verdi:<span style="color:red;"> “Anlamır ki, kimlə üz-üzə gəlib”</b>
21 fevral 2018 15:16 (UTC +04:00)

Afaq məhkəməyə verdi: “Anlamır ki, kimlə üz-üzə gəlib”

Türkiyəli müğənni Ece Seçkinlə azərbaycanlı müğənni Afaq Aslan arasında olan mahnı qalmaqalı böyüyüb. Lent.az-ın məlumatına görə, A.Aslan Türkiyə mediasına müsahibə verərək, bildirib ki, E.Seçkinin mahnısını oğurlamayıb və bu iddiaya görə türkiyəli müğənnini məhkəməyə verib:

 

 

“Ecenin haqqımda sosial şəbəkədə status yazaraq bildirib ki, Afaq mahnımı oğurladı. Bu çox yanlış bir fikirdir. Mənim oxuduğum mahnı ilə onun oxuduğu mahnının heç bir əlaqəsi yoxdur. Məhz onun bu iddiasına görə artıq vəkilimə müraciət etmişəm. Ecenin Türkiyədə mənim adımla özünə gündəm qazanmasına razı ola bilmərəm. Hüquq təhsili alan bir müğənninin necə belə savadsız açıqlama verdiyini anlaya bilmirəm. Hüquqi təhsili olan bir insan bilməlidir ki, əlində heç bir rəsmi sənəd olmadan kimisə oğurluqda ittiham edə bilməz və bu bir qanun pozuntusudur. Bir mahnının digər mahnıya bənzəməsi normal bir şeydir. Bu o demək deyil ki, biz onun mahnısını oğurlamışıq. Bir də ki, onun məni yox, mahnının bəstəkarı barədə şikayəti ola bilər. Çünki mahnını mən yazmamışam, pul verib almışam. Ecenin barəmdə dedikləri özünü reklam etməkdən başqa bir şey deyil. Amma anlamır ki, kimlə üz-üzə gəlib. Mən heç kimdən qorxmuram. Ece Seçkin, səninlə məhkəmədə görüşəcəyik”.

 

 

 

Qeyd edək ki, Ece Seçkin Türkiyə mətbuatına müsahibə verərək bildirib ki, Afaq Aslan onun “Follow me” mahnısını oğurlayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07