Vəfa, Zeynəb və Nəfəs arasında  nə baş verir?
01 mart 2024 19:24 (UTC +04:00)

Vəfa, Zeynəb və Nəfəs arasında nə baş verir?

Bir neçə gündür son zamanların ən populyar olan 3 müğənnisi Nəfəs, Zeynəb və Vəfa sosial şəbəkələr vasitəsilə bir-birlərinə söz atır, küsülü olduqlarını bildirirlər.

Lent.az-ın xəbərinə görə, bir müddət öncə küsülü olan Nəfəslə Zeynəb barıqşdıqdan sonra Vəfa ilə Nəfəsin arası dəyib.

Nəfəs Vəfanın xətrini istədiyini desə də, bildirib ki, Zeynəb ona daha yaxın, daha əzizidir.

“Onların ikisi də mənim dostumdur. İstəsələr, Vəfa ilə Zeynəbi barışdıraram. Vəfa bir az soyuq davranır, ancaq məndən zəng gözləyir. Zeynəb isə həmişə yanımdadır”, - Nəfəs bildirib.

Qızların bir-birlərindən nə üçün küsdükləri bəlli olmasa da, bir o məlumdur ki, onların küsülü qalmasında maraqlı olan tərəf var.


 

# 17775
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar