Müğənni Emil Bədəlov bu günə kimi qurduğu və bağlanan bizneslərindən danışıb.
Lent.az-ın məlumatına görə, ifaçı "Qısa qapanma" verilişində deyib:
"Bir çox biznesim oldu, amma alınmadı. Allah başa saldı ki, get işinlə məşğul ol. Pandemiyada Rusiyada oldum, orada çalışdım. 3 milyon versələr, müğənnilikdən gedərəm. Gedib özümə iş quraram".
Qeyd edək ki, Emil turizm şirkəti, gözəllik salonu və bir neçə dəfə restoran açıb.