Seren Serengil proqramından GETDİ - ŞOK SƏBƏB
12 yanvar 2023 11:40 (UTC +04:00)

Seren Serengil proqramından GETDİ - ŞOK SƏBƏB

Tez-tez adı qalmaqallarda hallanan tanınmış müğənni Seren Serengil aparıcısı olduğu "Söylemezsem olmaz" proqramı ilə yollarını ayırıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, onun proqramdan qovulduğu iddia olunur. Lakin aparıcı deyilənlərin qarşısında səssiz qalmaqdansa, özü bu barədə açıqlama yayıb.

Bir müddətdir həmkarları Bircan Bali və Arto ilə Ebru Yaşara görə münaqişə yaşayan Seren "Instagram" hesabında yazıb ki, ağır günlər yaşadığına görə xəstəxanalıq olub:

"Uzun zamandır ki, içərisində olduğum bir neçə hadisə ilə bağlı "Beyaz TV"də aparıcısı olduğum "Söylemezsem Olmaz" proqramı ilə yollarımı ayırmışam. Proqramdakı digər aparıcılar və prodüser tərəfindən sözlü, psixoloji şiddətə və mobbinqə məruz qalmışam. Buna görə ictimaiyyət və izləyicilərimin qarşısında etibarım, haqlarım və hüquqlarım zərər gördüyü üçün bu addımı atdım. Bu zamana qədər xətrinə və hörmətinə görə televiziyada qaldığım üçün özünə etdiyim hörmətə görə kanal sahibi cənab Osman Gökçekə və dəyərli tamaşaçılarıma dərin təşəkkür edirəm. 

Heç kimin çörəyi və qazancı ilə oynamadım, hər şeyə - mobbinqə, təzyiqlərə, ailəmə olunan həqarətlərə və təhqirlərə göz yumdum. Həmçinin bütün bunlara prodüser də göz yumdu. Buna görə də səhhətimdə ciddi problemlər yarandı və xəstəxanalıq oldum. Məni sevən, maraqlanan hər kəslə bunu paylaşmaq istədim. Ən yaxın zamanda məni görmək istəyəcəyiniz, işimə, əməyimə və enerjimə layiq olan və bütün hallarda mənə hörmət qoyulan layihələrdə görüşmək ümidilə indi sizdən kiçik bir icazə istəyirəm. Anlayışınız və dəstəyiniz üçün təşəkkür edirəm".

Qeyd edək ki, daha öncə Seren Serengil müğənni Hadisənin Ebru Gündeşin keçmiş həyat yoldaşı Reza Zerrab ilə eşq yaşadığını iddia etdiyinə görə böyük qalmaqala səbəb olmuşdu. 

# 4305
avatar

Nigar Namiq

Oxşar yazılar