Pikenin Şakiraya xəyanəti ilə bağlı İNANILMAZ İDDİA -  50 dəfə...
29 dekabr 2022 19:01 (UTC +04:00)

Pikenin Şakiraya xəyanəti ilə bağlı İNANILMAZ İDDİA - 50 dəfə...

Paparassi Xordi Martin kolumbiyalı müğənni Şakiranın keçmiş sevgilisi, ispan futbolunun əfsanəsi Jerard Pikenin xəyanət etməsi ilə bağlı etirafı ilə ictimaiyyəti şoka salıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, o, Lo Se Todo proqramının efirində açıqlamalar verib.

"O, təkcə Klara Çia ilə onu aldatmayıb. Bunu saysız-hesabsız edib. Şakira ondan ayrıldıqdan sonra çoxsaylı xəyanətlərdən xəbər tutub. Sizə deyə bilərəm ki, 50-dən çox xəyanət ola bilər", - Martin deyib.

Jurnalist onu da bildirib ki, Şakiranın özünün də vaxtilə müəyyən romantikası olub. Dostluqdan daha çox ulduzun kolumbiyalı ifaçı Maluma ilə münasibəti var idi. Onunla bir neçə birgə mahnı yazıb.

"Sonra Pike Şakiranın Maluma ilə münasibətinə görə partlamağa hazır idi. Lakin onun özünün də gizli münasibəti olduğu üçün vəziyyət daha da pisləşmədi", - paparassi bildirib.

Xatırladaq ki, Şakira və onun keçmiş əri, futbolçu Jerar Pike ayrıldıqdan sonra bütün əmlakı bölmək qərarına gəliblər.
 

# 3357
avatar

Arzu Qurbanlı

Oxşar yazılar