Xankəndidə Zəfər tağı  olacaq
06 iyul 2025 15:22 (UTC +04:00)

Xankəndidə Zəfər tağı olacaq

Xankəndidə Zəfər parkında Zəfər Tağı tikilir.

Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Qeyd edilib ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir: "Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbəmizin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun hündürlüyü Vətən müharibəsi günlərinin sayına uyğun olaraq 44 metr olacaq. Tağın üst hissəsində ziyarətçilər üçün şəhərə baxış meydançası yaradılır".

Afət Telmanqızı bildirib ki, parkın mərkəzindəki meydançadan Zəfər Tağına qədər 44 rəmzi pilləkən də nəzərdə tutulub. Bu pilləkənlərdə Vətən müharibəsinin hər günü üzrə azad olunmuş yaşayış məntəqələrinə dair məlumatlar əks etdiriləcək:

"Abidənin üst hissəsinə - baxış meydançasına yaşlı insanların, uşaqların və fiziki məhdudiyyətli şəxslərin rahat qalxması üçün liftlərin quraşdırılması nəzərdə tutulub. Layihəyə uyğun olaraq parkda geniş yaşıllıq zolaqlarının salınması planlaşdırılır. Parkın ərazisində mövcud olan ağaclar qorunmaqla əlavə 300-dən çox ağac və 9 mindən çox müxtəlif növ dekorativ kollar əkilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212

Oxşar yazılar

Sabah  çimərliklərdə hava   necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

7 iyul 2025 , 15:54
Bakıda kuryerlər "Wolt"u boykot edir

Bakıda kuryerlər "Wolt"u boykot edir

7 iyul 2025 , 15:13
Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

Bunlara diqqət etməyənlərin diplomu tanınmayacaq - EKSPERTDƏN AÇIQLAMA

7 iyul 2025 , 15:10
Bakıya  yağış,   rayonlara  leysan yağacaq  - Sabahın havası

Bakıya yağış, rayonlara leysan yağacaq - Sabahın havası

7 iyul 2025 , 12:55
Bu həftə gözlənilən maqnit qasırğalarının  PROQNOZU

Bu həftə gözlənilən maqnit qasırğalarının PROQNOZU

7 iyul 2025 , 12:26
Magistraturaya ixtisas seçimi başladı

Magistraturaya ixtisas seçimi başladı

7 iyul 2025 , 11:38
İyul ayında hər şeydə şanslı olacaq  BÜRC

İyul ayında hər şeydə şanslı olacaq BÜRC

7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

7 iyul 2025 , 08:29