Nurgül Yeşilçay dənizdə də eşq yaşayır - GÖRÜNTÜLƏR
23 iyul 2022 12:53 (UTC +04:00)

Nurgül Yeşilçay dənizdə də eşq yaşayır - GÖRÜNTÜLƏR

Türkiyəli aktrisa Nurgül Yeşilçay uzun müddətdir eşq yaşadığı prodüser sevgilisi Necati Kocabay ilə ötən gün Marmarisdə görüntülənib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kimsəsiz körfəzdə ev kirayələyən cütlük dənizdə əylənərkən kameralara tuş gəlib.

Görüntülərdən məlum olur ki, aşiqlər bir müddət “besedkalarında” söhbət etdikdən sonra bazardan ərzaq sifariş ediblər.

Daha sonra cütlük dəniz əşyalarını götürərək sahilə yollanaraq bir müddət şezlonqlarda uzanıb, sonra dənizə giriblər. Dənizdə əylənən sevgililər bir-birlərinə sarılaraq romantik anlar yaşayıblar.

Sevgilisi Necati Kocabaydan əvvəl dənizə girən Yeşilçay "Bura gəl" deyib. Bu zaman Necati Kocabay Nurgül Yeşilçayın iki qolu açıq “gəlirəm sevgilim” dedikdən sonra özünü onun qucağında tapıb.

Əylənən xoşbəxt cütlük uzun müddət çimdikdən sonra şezlonqlara yollanıb. Nurgül Yeşilçay bənövşəyi rəngli çimərlik geyimi ilə diqqət çəkib.


 

# 2883
avatar

Fidan İlqar

Oxşar yazılar