Məşhur müğənniyə aid 18 döymə etdirib rekordlar kitabına düşdü
03 fevral 2025 18:54 (UTC +04:00)

Məşhur müğənniyə aid 18 döymə etdirib rekordlar kitabına düşdü

Kanzas ştatının Topika şəhərində yaşayan qadın Tara Berri bir musiqiçiyə həsr olunmuş ən çox döymə etdirmək üzrə Ginnesin Rekordlar Kitabına düşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, o, bədəninə 18 döymə etdirib və bütün döymələr onun sevimli müğənnisi Madonna ilə bağlıdır.

Tara Madonnanın karyerasını 1983-cü ildən izləməyə başlayıb. İlk döyməsini isə illər sonra, 2016-cı ildə etdirib. O zaman Madonna klipinin çəkilişləri üçün döyməli pərəstişkarlarını axtarırdı.

Hər nə qədər Tara videoya düşməsə də, bu onu dayandırmadı və Madonnanın təsvirini öz bədəninə əlavə etməyə davam edib.

Tara deyir ki, döymələrini yaratmaq üçün ilhamı əvvəlki rekordçudan, Böyük Britaniyalı Nikki Pattersondan alıb. O, Eminemin 15 döyməsini etdirmişdi. Berri bu "rəqibin" mövcudluğundan xəbərdar olanda artıq iki döyməsi vardı.

Qalan döymələrin böyük əksəriyyətini isə altı ay ərzində etdirib. Bütün 18 döymənin çəkilməsinə Tara təxminən 110 saat vaxt sərf edib və 9,800 dollardan çox pul xərcləyib.

Hər bir döymə Madonnanın karyerasının müxtəlif dövrlərini əks etdirir, erkən dövrlərindən tutmuş indiki dövrünə qədər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar