Məşhur müğənninin keçmiş əri modellə evlənir:  Özündən 30 yaş kiçikdir
15 may 2022 18:11 (UTC +04:00)

Məşhur müğənninin keçmiş əri modellə evlənir: Özündən 30 yaş kiçikdir

Cennifer Lopez Ben Afflekdən nişan üzüyünü nümayiş etdirərkən, onun keçmiş əri də vaxtını boş keçirməyib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Mark Entoni gənc sevgilisi, 2021-ci ildə keçirilən"Dünya gözəli 2021" yarışmasında ikinci yeri tutan model 23 yaşlı Nadia Ferreyraya evlilik təklifi edib.

Xoşbəxt model dəbdəbəli nişan üzüyünü nümayiş etdirib.

“Nişan məclisi”, - Nadia sevinclə elan edib.

53 yaşlı müğənni ilə 23 yaşlı modelin münasibəti cəmi 3 ay əvvəl məlum olub. Yalnız mart ayında cütlük əvvəlcə sosial şəbəkələrdə birgə fotolarını yayıb, daha sonra isə tədbirdə əl-ələ veriblər.

İndi gənc model “Instagram”da tez-tez sevgilisi ilə şəkillərini paylaşır.

Entoninin sevgilisinin seçimi heç kimi təəccübləndirməyib, çünki müğənninin modellərə olan sevgisini hər kəs çoxdan bilirdi. Onun birinci həyat yoldaşı Dayanare Torres də “Dünya gözəli” titulunu qazanıb.

Cennifer Lopez Ben Afflekdən ayrıldıqdan qısa müddət sonra Mark Entoni ilə görüşməyə başlayıb.

Cütlük 2004-cü ildə, müğənninin birinci həyat yoldaşından boşanmasından bir həftə sonra nişanlanıb. Üç il sonra Maks və Emma adlı əkizlər dünyaya gəlib. 10 illik evlilikdən sonra 2014-cü ildə Cennifer və Mark rəsmi olaraq boşanıblar.

# 2757
avatar

Oxşar yazılar