Mel Gibsonun özündən 26 yaş kiçik  sevgilisylə səmimi fotoları  yayıldı
14 may 2026 16:35 (UTC +04:00)

Mel Gibsonun özündən 26 yaş kiçik sevgilisylə səmimi fotoları yayıldı

0

Hollivud aktyoru və rejissoru Mel Gibson yenidən eşq şayiələrinin mərkəzindədir. "Cəsur ürək" filminin 70 yaşlı ulduzu Romada 44 yaşlı italyan model və aktrisa Antonella Salvuççi ilə birlikdə görülüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, cütlük İtaliyanın paytaxtında romantik bir axşam keçirib. Əvvəlcə Gibson və Salvuççi Romanın nüfuzlu dəniz məhsulları restoranı olan "Micalusi Real Fish"də şam ediblər, daha sonra isə gecə şəhərində gəzintiyə çıxıblar.

Paparatsilər aktyor və modelin qucaqlaşdıqlarını, öpüşdüklərini və Romanın tarixi küçələrində avtomobillə gəzdiklərini qeydə alıblar; onlar səmimi hisslərini gizlətməyiblər.

Bu axşam üçün Mel Gibson kifayət qədər gündəlik obraz seçib – cins şalvar, ağ köynək və idman kepkası. Antonella Salvuççi isə parlaq dəri kombinzonla diqqət çəkib.

Qeyd edək ki, Antonella Salvuççi İnstagram-da 100 mindən çox izləyicisi olan italyan model və aktrisadır. İtaliyada o, yalnız modellik karyerası ilə deyil, həm də kino və televiziyadakı rolları ilə tanınır.

Yeri gəlmişkən, yeni eşq macərası haqqında şayiələr Gibsonun doqquz il birlikdə olduğu Rozalind Rossdan ayrılmasından cəmi bir neçə ay sonra ortaya çıxıb. Cütlüyün Lars adlı bir ortaq oğulları var. Ötən ilin dekabrında onlar ayrıldıqlarını rəsmən təsdiqləmiş və uşağa görə yaxşı münasibətlər saxladıqlarını bildirmişdilər.

Qeyd edək ki, Mel Gibsonun müxtəlif münasibətlərdən ümumilikdə doqquz övladı var.

Bununla belə, Amerikanın TMZ tabloid portalı aktyora yaxın mənbələrə istinadən iddia edir ki, söhbət ciddi münasibətdən getmir. Nəşrin məlumatına görə, Romadakı öpüşlər daha çox "səmimi bir vida" xarakteri daşıyıb və İtaliyadakı işlərini bitirdikdən sonra Gibson ABŞ-a tək qayıdıb.

Buna baxmayaraq, aktyorun romantik fotoları sürətlə şəbəkələrdə yayılıb və Hollivud əfsanəsinin şəxsi həyatına bir daha diqqət çəkib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 282

Oxşar yazılar