Mehmet Hadisədən NƏ İSTƏYİR? - SİYAHI
16 sentyabr 2022 18:34 (UTC +04:00)

Mehmet Hadisədən NƏ İSTƏYİR? - SİYAHI

Xəbər verdiyimiz kimi, müğənni Hadisənin Mehmet Dinçerler ilə boşanma xəbərini vermişdik. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, dünən "heç bir tələbim yoxdur" deyən Mehmet Dinçerlerin haqqında çıxan yeni iddialar müzakirələrə səbəb olub.

Belə ki, guya Mehmet Hadisəyə verilən qiymətli əşyaları geri istəyir. 

Ümumi dəyəri milyonlarla ölçülən qızıl-zinət əşyalarının siyahısı belədir:

1. Dünyaca tanınmış bir markanın 75 min dollarlıq bilərzik;
2. 10 ədəd beşli "imperial" qızıl;
3. Brilliant boyunbağı;
4. Ümumi dəyəri 250 min türk lirəsi olan bilərziklər;
5. 3 milyon lirəlik nişan üzüyü. 

Bundan başqa, Hadisənin izləyicilərinin bir neçə gündür Mehmeti "linç" etdiyi üçün o, sosial şəbəkə hesablarını dondurub. 

Qeyd edək ki, Hadisə və Mehmet Açıkgöz cütlüyü bu ilin may ayında nikah masasına əyləşmişdilər. 

# 3672
avatar

Nigar Namiq

Oxşar yazılar