Mahsun Kırmızıgülün  ölüm xəbəri   yayıldı
15 aprel 2024 13:28 (UTC +04:00)

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor  Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb.

 Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib.

“Sırf bəyənmə xatirinə “öldü” xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığım yerindədir. Cümə günü səhnəyə çıxacam. Yıxılmadım, ayaqdayam”,-  o yazıb.

# 3129
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar