“Kennedi Hall” və ...  – Məşhurlarımızın xəyalındakı səhnələr – SORĞU
09 mart 2023 18:29 (UTC +04:00)

“Kennedi Hall” və ... – Məşhurlarımızın xəyalındakı səhnələr – SORĞU

Böyük səhnələrə çıxmaq əvvəlcə elə böyük xəyal kimi görünür. Bunun da yolu kiçik səhnələrdən, istedaddan, zəhmətdən keçir. Azərbaycanın yerli şou-biznes nümayəndələrindən dünya ölkələrinin bəzilərində səhnə alıb. Bəs onların xəyalındakı,  çıxış etmək istədiyi böyük səhnə hansıdır? 

Lent.az bir neçə məşhur arasında sorğu keçirdi. 

Xalq artisti Tünzalə Ağayevanın meneceri Lent.az-a bildirdi ki, müğənni dünya ölkələrində səhnə alıb:

“Tünzalə xanımın bununla bağlı 20 illik təcrübəsi var. İstər Vaşinqtonda yerləşən “Kennedi Hall”da, istər digər ölkələrdə, dünya azərbaycanlılarının qarşısında baş tutan konsert proqramlarında çıxış edib. Çıxışlar üçün təkliflər hələ də gəlir”.

Müğənni Dilarə Kazımovanın prodüseri Lent.az-a açıqlamasında dedi ki, böyük səhnələrdə konsert vermək istəyir:

“Əlbəttə, dünya ölkələrində, həmçinin xarici ölkələrə dəvət alaraq konsert vermək istəyərdik. Kim istəməz ki? Hazırda belə bir təklif yoxdur. Ancaq irəli getmək üçün daim çalışırıq. İnşallah dünya səhnələrində də yer alarıq”.

Aktrisa Zülfiyyə Qurbanova da bununla bağlı fikrini belə izah etdi:

“Kim özünü daha yüksək yerlərdə görmək istəməz ki? Ümumiyyətlə, xəyalını qurduğum hər şeyi istedadım, zəhmətimlə və əlbəttə ki, zamanla əldə edirəm. Ümid edirəm bir zaman dünyanın müxtəlif yerlərində səhnələrdə də çıxış edərəm”.

Müğənni Şəbnəm Tovuzlunun meneceri isə xarici ölkələrdən konsert təkliflərinin olduğunu söylədi:

“Təbii ki, xarici ölkələrdə çıxış etmək kimi istəyimiz var. Təkliflər alırıq. Məsələn, Amerikadan, Almaniyadan və s. yerlərdən təkliflər almışıq. Əsas dünya azərbaycanlılarının və türk vətəndaşları konsert verməyimizi istəyirlər. Ancaq viza problemi olduğu üçün gedə bilməmişik. Arzumuz reallaşmayıb. İnşallah, tez zamanda bu arzumuzu reallaşdıracağıq”.

Müğənni Damlanın da meneceri bununla əlaqədar Lent.az-a danışdı:

“Azərbaycandan başqa xaricdə konsert proqramı ilə çıxış etmək kimi planlarımız var. Bundan öncə Almaniyada yaşayan türk vətəndaşlardan təkliflər gəldi ki, Damla xanımı burada görmək istərdik. Təbii ki, Damla xanımın da xaricdə səhnə almaq arzusu var. Ancaq viza ilə bağlı problemlər yarandı deyə, o məsələ təxirə düşdü. Hətta Damla xanımın “Instagram” hesabındakı şərhlərdə xarici dillərdə yazırlar. Konsert verməyini istəyirlər. Yaxın vaxtlarda viza problemini həll edəcəyik və xarici ölkələrdə konsertlər baş tutacaq”. 
 

# 3675
avatar

Nigar Namiq

Oxşar yazılar