Tanınmış dietoloq həkim Ender Sarac xanımı tərəfindən dəhşətli bir iddia ilə ittiham edilir.
Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o ərinin 8-ci sinifdə oxuyan oğluna qarşı cinsi istismar istəyində olduğunu bildirərək, məhkəməyə müraciət edib.
Br neçə gündür sosial şəbəkələrdə bu mövzu ciddi müzakirələrə səbəb olduğu üçün Ender Sarac sükutu pozaraq cavab verməli olub.
O bildirib ki, arvadı ilə boşanma ərəfəsindədirlər və bu iddia xanımının ondan daha çox aliment ala bilməsinə hesablanıb. Xanımın məhkəməyə təqdim etdiyi görüntüləri isə montaj adlandırıb. Həmin görüntülərdə Ender Saracın evdə çılpaq gəzdiyi, oğlunun yatağına yanaşdığı qeyd edilib.
Ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi doktor Ender Sarac və oğlunun psixososial dəstək alması yönündə iş başladılıb.