Nüşabə Ələsgərli
23 noyabr 2022 15:23 (UTC +04:00)

Nüşabə Ələsgərli

Əməliyyatdan çıxan Nüşabə Ələsgərlinin vəziyyəti necədir? - AÇIQLAMA

Əməkdar artist Nüşabə Ələsgərli ikinci dəfə gözündən əməliyyat olunub.

Lent.az-ın məlumatına görə, müğənni sosial şəbəkə hesabında sağ gözündən əməliyyat olunduğunu açıqlayıb. Bununla bağlı ifaçı ilə əlaqə saxladıq və vəziyyətinin necə olması barədə maraqlandıq. 

O bildirdi ki, özünü çox yaxşı hiss edir:

"Gözümdə problem yox idi. Sadəcə, görməni yaxşılaşdırmaq üçün əməliyyat keçirdim və uğurlu alındı. Keçən həftə sol gözüm, dünən isə sağ gözüm əməliyyat olundu. Özümü çox yaxşı hiss edirəm. Maraqlananlara təşəkkür edirəm".

# 2904
avatar

Nigar Namiq

Oxşar yazılar