Dilarə Əliyeva əri ilə tanışlığından danışdı:  "Yuxuda görmüşdüm"
02 iyul 2022 13:21 (UTC +04:00)

Dilarə Əliyeva əri ilə tanışlığından danışdı: "Yuxuda görmüşdüm"

Tanınmış aktrisa, Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevlə  tanışlığı barədə maraqlı məlumat paylaşıb.

Lent.az bildirir ki, onun sözlərinə görə, Oqtayı ilk dəfə yuxuda görüb:

“Ali məktəbin I kursunda oxuyurduq. 18 yaşım vardı. Qrupumuzdan bir qız nişanlanmışdı, hamımıza nişan konfetləri payladı. Mən də, bacım da gecə yatanda nişan konfetini dişləyib, başımızın altına qoyduq. Qismətimizi görək deyə.

Gecə yuxuda Oqtayı gördüm. Elə indiki halında, kök, saqqallı. Durub bacıma dedim ki, mən bir kök kişi gördüm yuxumda. Onlar da güldülər.

Bir neçə gün sonra dərsə gedirdim. Baxdım ki, yuxumda gördüyüm kök, saqqallı oğlan mənim qrup yoldaşlarımla universitetin həyətində söhbət edir. Keçdim getdim, amma sonra xəlvətcə diqqətlə baxdım. Oqtay son kursda oxuyurdu və diplom işi üçün  tamaşa hazırlayırdı. Həmin tamaşada oynamağa məni də dəvət etdi. Tamaşanın adı bilirsiniz nə idi? “Ər və arvad” “, -  aktrisa bildirib.

# 3255
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar