Sosial şəbəkədə yayılmış bir video diqqət çəkib.
Lent.az-ın xəbərinə görə, adı bilinməyən bir müğənni mərhum sənətkar İlhamənin məzarı ilə duet oxuyub.
O, İlhamənin “Yaşın nə fərqi var” mahnısını məzar başında fonoqramla ifa edərək, baş daşını qucaqlayıb.
Sosial şəbəkə izləyiciləri bu görüntünü qınaqla qarşılayıblar.