Damlanı izləyiciləri tənqid etdi
06 iyun 2022 10:49 (UTC +04:00)

Damlanı izləyiciləri tənqid etdi

"Bu, heç vaxt geyimini bilmədi də..." - Damlaya SƏRT TƏNQİD

Müğənni Damla səhnə geyimi ilə diqqət çəkib.

Lent.az xəbər verir ki, Damla ötən gün Naxçıvanda konsert proqramı ilə çıxış edib.

İfaçı səhnəyə sinə dekolteli pencəkdə çıxıb. Pencəyin altından parıltılı daşlarla bəzənmiş büstqalteri görünüb.

Səhnə geyimində videosunu sosial şəbəkə hesabında paylaşan müğənninin geyimini izləyicilər xeyli tənqid ediblər. Hətta ona "bu qadın heç geyim tərzini bilmədi də...", "çox zövqsüz geyimdir", "Sən axı Damlasan, Gülşen deyilsən" və s. bu kimi şərhlər yazıblar. 

Bir müddət sonra isə müğənni Damla həmin görüntüləri "Instagram"dan silməli olub. 

Şərhlərin fotolarını ilk dəfə Oxu.az paylaşıb.

 

 

Damlanı izləyiciləri tənqid etdi

# 7659
avatar

Nigar Namiq

Oxşar yazılar