Ancelina Coli müsahibəsində özünü öldürmək üçün qatil tutduğunu açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 49 yaşlı məşhur aktrisa 2001-ci ildə həyatının "olduqca qaranlıq" dövründə olduğunu və qatillə danışdığını açıqlayıb:
"Bu, çılğın səslənəcək, amma məni öldürmək üçün birini işə götürmüşdüm”.
Aktrisa öz həyatına qəsd etməkdənsə öldürülməyi üstün tutduğunu söyləyib.
Onun sözlərinə görə, Nyu-Yorkda qatil tapmaq “o qədər də çətin deyil:
“Bu barədə düşünüb iki aydan sonra ona fikrimi dəyişdiyimi dedim”.
Gənclik illərindən danışan Coli, altı uşağa analıq etməyin ona bir şəxsiyyət kimi böyüməsinə imkan verdiyini söyləyib:
“Əslində heç vaxt düşünməmişəm ki, kiminsə anası ola bilərəm. Valideyn olmağa qərar verdiyimi xatırlayıram. Sevmək çətin deyildi. Başa düşmək çətin idi ki, bundan sonra hər şeyin yaxşı olacağına əmin olmalıyam”.