Alt paltarı geyinməmək ayıb  deyil, amma bunu söyləmək... - Səmranın mesajı kimə?
10 may 2022 15:24 (UTC +04:00)

Alt paltarı geyinməmək ayıb deyil, amma bunu söyləmək... - Səmranın mesajı kimə?

Kim bu kimi xəbər başlıqlarından, xəbər aclığından əziyyət çəkir?: “Filankəsin alt paltarı göründü”; “ŞOK! Filankəsin bustqaltersiz geyimi və s...” Bu xəbəri kimlər yazdırır? İndi ondan söhbət açacağıq. 

Yəqin ki, tanınmış model Səmra Hüseynovanı çoxunuz tanıyırsınız. Bu cazibədar modelin açıqlamaları cəmiyyətdə bəzi kütlələr tərəfindən əks-sədayla qarşılanır. Onun açıq-saçıq paylaşımlarını tənqid atəşinə tutan kim, açıqlamalarını birmənalı qarşılamayıb müzakirə edənlər kim və s. 
Son günlər isə ailə həyatı qurmağı ilə bağlı danışdı. Həm danışdı, həm də danışıldı. Bu barədə xəbərimizin aşağısındakı videodan baxa bilərsiniz. 

Səmra “pick me girl”-dür? 

“Pick me girl” – “Məni seç” əks cinslərin diqqətini çəkmək üçün vurnuxan qızlara deyilir. Bu fəsildən olanlar daim qəsdən kişilərin onları fərq etməsi və onlara diqqət yetirməsi üçün çalışır. Eyni zamanda, etdiyi hərəkətlərdən guya xəbərsizmiş kimi davranır. 
İzləyici olaraq, bizim diqqətimizi onun alt paltarı geyinib-geyinməməsi deyil, bunun aşkara çıxarılması, şəxsi məsələsini qabartmasıdır. Model deyir ki, alt paltarı geyinmirəm, tüpürüm insanların düşüncəsinə! Bir geyim məni çox sıxarsa, mən ondan imtina edirəm”.

Səmra xanım, şəxsi seçiminizdir - çox gözəl, çox pakizə. Bəli, ola bilər ki, model ölkədə fərqlilik yaratmaq düşüncəsi ilə yaşayır, bunu davam etdirir. O, nə təkdir, nə də bunu edən sonuncu şəxs. Burada əsas məqam odur ki, alt paltarı geyinməmək ayıb hərəkət deyil, bəs  bunu mesaj kimi dəfələrlə ünvanlamaq izləyicilər üçün narahatlıq yaradarsa, onda necə? Maraqlıdır, o, bu mesajı kimə göndərir? 
Tutaq ki, insanlar sizi fikirləri ilə narahat edir və bunu dilə gətirirsiniz ki, ay camaat, öz işimdir, əl çəkin. Amma bunu media vasitəsilə bütün ölkəyə car çəkib demək nə dərəcədə uyğundur? Sizinlə maraqlanan və ya maraqlanmayan insanların diqqətini üzərinizə uğurlu şəkildə çəkmək budurmu, sizcə? Niyə Azərbaycanın gündəmini belə mövzular “zəbt” etməlidir? 
“Keyfiyyət aşağı, reytinq yuxarı” – bu kimi saxta prinsipi, mahiyyəti sadəcə küydən ibarət olan xəbərlərin sayı çox olduqca, sənətçilərin də saxtakarlığı artır. 

Səmra xanımın timsalında müzakirə obyekti yaratmaq çox asandır, sözdən söz çıxarıb ucuz konfliktlər yaratmaq ondan da asandır. Xalqın gözü isə tərəzidir, unutmaq olmaz. Mütləq o tərəzi gəriləcək: ağır gələn həqiqətdirsə, yüngülü özünüz görəcəksiniz.  


 

“Alt paltarı geyinmirəm, tüpürüm insanların düşüncəsinə” - Səmradan AÇIQLAMA

# 5388
avatar

Nigar Namiq

Oxşar yazılar