Afaq Aslan Dubayda  öz brendini   yaratdı
06 mart 2024 18:20 (UTC +04:00)

Afaq Aslan Dubayda öz brendini yaratdı

Müğənni Afaq Aslan uzun sürən fasilədən sonra sükutu pozdu.

 O, iş qadını kimi fəaliyyət göstərdiyini açıqlayıb.

Lent.az-ın xəbərinə görə, sosial şəbəkədə izləyicilərin suallarına cavab verən Afaq Dubayda yaşadığını və bizneslə məşğul olduğunu deyib.

“Dubayda öz brendimi yaratmışam. Küveyt, Bəhreyn, Mərakeş və Qatarın zəngin xanımları mənim brendimin  geyimlərinə üstünlük verirlər. Amma Azərbaycan şou-biznesində yerim görünür. Çünki yeri dolmayanlardanam. Mənim kimisi olmayacaq" - o bildirib.

# 7116
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar