Həbsxanadan başlayan zəfər, 75 gün basdırılmayan cəsəd və gizli dəfn – ARAŞDIRMA
İyirmi yeddinci söhbət
Ötən söhbətimizdə demişdik ki, əgər soulun kral və kraliçasını seçəsi olsaq, 60-cı illərdə, yəni soulun populyarlıq zirvəsində olduğu, çiçəkləndiyi dövrdə bu iki ali məqam kürsüsünü heç şübhəsiz Ceyms Braun və Areta Frenklin tutardı. Onların hər ikisi adını musiqi tarixinə qızıl hərflərlə yazıb və növbəti iki söhbətimiz də "İngilis ekspansiyası" dövründə Amerika musiqisinin hələ ölmədiyini öz yaradıcılığıyla isbatlayan bu iki şəxsə həsr olunub...
Ceyms Braun
Ceyms Cozef Braun 1933-cü ilin 25 dekabrında anadan olub, Amerika müğənnisi, 20-ci əsrin pop-musiqisində ən nüfuzlu fiqurlardan biridir. Titulları çox olub: "Soulun Xaç atası", "mister Please Please Please" və yaxud özünün dediyi kimi, "mister Dinamit"...
İşlədiyi janrlar: qospel, ritm-ənd-blüz, fank. 2004-cü ildə Rolling Stone jurnalı onu rok-n-roll erasının ən böyük musiqiçiləri sırasına salıb.
* * *
O, (James Brown) qeyri-adi insan idi. 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində ən məşhur qaradərili ifaçı, ən populyar ulduz deyəndə, adamın yadına heç şübhəsiz Ceyms Braun düşür. Əgər bir ağdərili musiqi aşiqi onun çıxışını, məsələn, 1963-cü ildə görsəydi, onu zənci Mik Cagger ("Rolling Stones" qrupunun məşhur lideri) adlandırmaqdan vaz keçməzdi - Braunun səhnə obrazı o dərəcədə parlaq, bənzərsiz idi...
Amma həqiqət elə deyil. Bizə bəlli olan həqiqət budur ki, əslində Mik Cagger ağdərili Ceyms Braun idi.
Ceyms Braun roku misli görünməmiş bir tamaşaya çevirdi, onu canlandırdı. Bütün vücudundakı teatrallıq onu rok-n-rollun ilk ulduzlarından olan Littl Riçarda bənzədirdi. Fərq yalnız bunda idi ki, Ceyms Braunun, onun ansamblının səhnədəki bütün hərəkətləri - adi addımdan, replikadan tutmuş, müğənninin emosional çıxışdan sonra su içində olan bədənini silmək üçün səhnə arxasından məhrəba tullayan köməkçisinin ah-ufunadək hər şey saniyəsinə qədər ölçülü-biçiliydi və məşqlərlə oynanılmışdı. Ceyms Braunun dəstəsində ssenaridən kiçicik bir yayınma, xırda bir gecikmə belə cəzasız qalmırdı...
Ceyms Braunun bənzərsiz şousu ağdərili rok həvəskarları üçün uzun müddət naməlum qalmışdı. Vəziyyət onda dəyişdi ki, Motaun və Cteks ağların musiqi bazarına yol tapdılar. Özü də necə dəyişdi...
Ədalət naminə deməliyik ki, ağların musiqi zövqü dəyişməsəydi belə, bu özündənrazı ifaçı, "musiqinin Məhəmməd Əlisi" uzun müddət kölgədə qala bilməzdi. O nəyin bahasına olursa, olsun, geniş auditorayaya yol tapacaqdı...
Əslində, Braun iti templi, rəqs ritm-ənd-blüzü yaradırdı. Amma bu eyni zamanda həm də soul idi. Özü də necə soul! Ona hələ belə bir ad da qoymuşdular: "Soul Brother nömrə1"...
Milli hit-paradlara Ceyms Braun ilk dəfə 1963-cü ildə düşdü - "Prisoner Of Love" mahnısı ilə. Bu onun ilk uğuru idi. İki ildən sonra isə daha böyük bir hitlə meydan suladı - "Papas Got A Brand New Bag". Bu mahnının sözləri ağdərililər üçün tam anlaşılmaz idi - lap məşhur "Tutti Frutti" kimi, hər şeyi güclü səs sırası, görünməmiş ifa manerası həll edirdi. Amma daha böyük uğurlar hələ qabaqda idi və Ceyms Braun ekstravaqant ifa tərziylə tamaşaçılarını haldan salır, onların dil-dodağını təpitməyə davam edirdi...
O həmişə rok-musiqinin vaizi kimi bir şey olub. 60-cı illərin axırlarında - zəncilərin öz hüquqları uğrunda mübarizəsi kulminasiya nöqtəsinə çatanda Ceyms Braun ortaya bir himn qoydu "Say it Loud: Am Black And Am Proud" ("Bunu ucadan söylə: Mən qarayam və mən bununla fəxr edirəm"). Amma bu mövzu çərçivəsinin genişlənməsi deyil, camaatın damarını qısa müddətlik tutmaq idi, çünki, az sonra o təzədən özü üçün adi olan mövzulara döndü: "Get Up I Feel Like Being A Sex Machine" ("Mən özümü elə hiss edirəm, sanki seks maşınıyam") və sairə...
* * *
Ceyms Braun Cənubi Karolinada dünyaya gəlib, lakin ömrünün böyük bir hissəsini Corciya ştatının Atlanta şəhərində keçirib. Həyatı çox ağır olub. Yoxsulluq içində böyüyüb, ac qalmamaq üçün ara-sıra oğurluq da edib. İlk dəfə həbsxanaya 16 yaşında olarkən, soyğunçuluqda iştirakına görə düşüb, səkkiz il iş alıb. Həbsxanada olarkən cürbəcür məişət alətlərində ritm tutaraq dustaq yoldaşlarının qarşısında çıxış edib.
Cəza müddəti bitəndən sonra azadlığa çıxaraq özünü beysbolda, boksda sınayıb...
Və günlərin birində bəxti üzünə gülüb: onun çıxışını həbsxanada izləmiş bir prodüsserin dəvətiylə 1954-cü ildə The Famous Flames qrupuna üzv yazılıb və az sonra həmin qrupun liderinə çevrilib.
Qrup Corciyada yerləşir, əsasən Amerikanın cənubunda çıxışları olurdu. İşlədikləri janrdan danışsaq, bu janra qospellə ritm-ənd-blüzun sintezi deməyimiz daha doğru olar.
Baxmayaraq ki, o "rənglilər" üçün bir nömrəli ulduz sayılırdı, 1963-cü ilədək Braunun yaradıcılığı ABŞ-nin Cənub ştatlarından kənarda tanınmırdı. Onun ritmik, sövq-təbii çığırtıları, alovlu rəqs üslubu o zamanın özündənmüştəbeh ritm-ənd-blüz dünyasını əməlli-başlı "afrikalaşdırmışdı" - bunu Ceym Braunun tərcümeyi-halıyla məşğul olan müəlliflərdən biri yazır.
Bunu heç özü də danmırdı. Müğənni dəfələrlə etiraf etmişdi ki, ilkin rok-n-rollun pionerlərindən ən radikalını - Littl Riçardı özü üçün ideal seçmişdi.
1956-cı ildə buraxdığı ilk sinqlı - "Please Please Please" sonradan "soul" adlandırılacaq emosional ifa tərzinin ilk qaranquşu sayılır. Mahnı elə ilk gündən Amerika çartlarına daxil oldu və təkcə Birləşmiş Ştatlarda bir milyondan artıq tiraj topladı və həm də istedadlı müğənniyə ilk ləqəbini verdi.
Ceyms Braunun musiqi həyatının qızıl dövrü 60-cı illərin ortalarına təsadüf edir. Məhz həmin illərdə onun populyarlığı Corciyanın, qonşu ştatların sərhədlərini aşdı.
Yorulmaz ifaçı həmin dövrdə bütün ölkə ərazisində qastrollarla çıxış edirdi. Onun kredosu belə idi: "Konsertin uzun olmalıdır. Tamaşaçı bilet alarkən ümid etdiyindən daha çox şey almalıdır".
Konsertlərində o qədər cani-dildən çalışırdı ki, çox vaxt səhnə arxasında halsız düşür, gücünü bərpa etmək üçün qlükoza vurdurmalı olurdu...
* * *
Yaradıcılığının zirvəsi 1965-ci ilə təsadüf etdi. Həmin il musiqi dükanları Ceyms Braunun ən uğurlu sinqllarını satışa çıxardılar, o, özünün vizit kartına çevrilən "I Got You" mahnısını bəstələyərək oxudu, "Papas Got Brand New Bag" isə "Qremmi" mükafatına layiq görüldü.
Ümumiyyətlə "Billboard" jurnalı Braunun mahnılarını özünün Hot100 siyahısına düz 99 dəfə salıb, amma heç vaxt birinci pilləyə çıxarmayıb.
1965-ci ildəki uğuru müğənniyə xeyli pul gətirdi və o bir neçə radiostansiya, səsyazma studiyaları alaraq yeni leybllar yaratdı...
Belə qəbul olunub ki, Ceyms Braun fank üslubundakı ilk kompozisiyaların da müəllifidir, amma bu cərəyanın məhz hansı mahnıdan başlanması hələ də mübahisə predmetidir. Amma musiqi tarixini tədqiq edənlərin əksəriyyəti o fikirdədir ki, 1967-ci ildə yazılmış "Cold Sweat" birincidir. Məhz həmin dövrdə müğənni melodiyadan uzaqlaşaraq reçitativə (müasir repin aparıcı elementi) meyl edir. İndi inamla demək olar ki, Braunsuz nə fank, nə də hip-hop üslubları olmazdı.
* * *
1970-ci il Ceym Braunun yaradıcılığında daha bir dönüş nöqtəsi olur. Çox uğurlu rəqs hiti "Sex Machine"dən sonra onun yaradıcılığı dinamizmi daha az olan ritmlərə yönəlir. Ceyms Braunun 70-ci illərdəki yaradıcılığı daha çox afro-amerikalı auditoriyaya köklənib. Artist daha tez-tez Afrika ölkələrində qastrollar təşkil edərək maraqlı şoularla öz pərəstişkarları qarşısına çıxıb.
Amma zaman öz işini görürdü... İllər ötdü, fank üslubu tam rəqsləşdi, diskoya çevrildi və bu yeni üslub 70-ci illərin sonunda bütün dünyanı özünün əsiri etdi...
Yeni şəraitdə "fankın xaç atası" artıq gənclərin maraq dairəsində deyildi. Onu daha çox musiqi tarixinin canlı bütü kimi qəbul edirdilər. O artıq musiqi dünyasının sabahına təsir edə biləcək fiqur sayılmırdı.
Həmin dövrdə Ceyms Braun bir çox Hollivud filmlərində çəkilir. 1986-cı ildə - Rok-n-Rollun şöhrət zalı qurulanda müğənnini bu cərəyanın əsasını qoyan "ata"lardan biri elan edirlər...
* * *
Sonrakı üç il (1988-91) iş elə gətirir ki, istedadlı musiqiçi yenə həbsxanaya düşür. Bu dəfə onu polis nəfərinə hücum etdiyinə görə tuturlar...
1991-ci ildə onun ölümü haqda şayiə yaranır, bu münasibətlə "Ceyms Braun öldü!" adlı bir mahnı da yayılır, amma müğənni hələ ölməmişdi. Həmin mahnının cavabında Ceyms Brauna musiqinin inkişafındakı görkəmli xidmətlərinə görə yenə "Qremmi" mükafatı verilir...
Ümumiyyətlə 1990-cı illər onun həyatından bir qara zolaq kimi keçir. Onun adı mütəmadi olaraq şəxsi həyatındakı narahatlıqlarla bağlı mətbuata düşür. Arvadını və ailə üzvlərini döydüyünə görə dörd dəfə məsuliyyətə cəlb olunur, bir dəfə - 2000-ci ildə isə montyora əlində bıçaq hücum çəkdiyindən işi məhkəməlik olur...
2001-ci ildə qocalığıyla barışmaq fikrində olmayan Ceyms Braun növbəti - dördüncü dəfə evlənir, özü də cavan bir müğənniyə. Lakin onun keçmiş evliliklərdən olan övladları bu nikahı həqiqi saymayaraq atalarını ikiarvadlılıqda ittiham edirlər...
Ömrünün son illərində bir insan kimi uğursuzluqları onun musiqiçi kimi unudulduğuna heç dəlalət etmir. 2005-ci ildə Atlanta şəhərinin başçıları Ceyms Brauna heykəl qoyurlar. 2006-cı il dekabrın 25-də isə 73 yaşlı musiqiçi milad bayramlarında ağ ciyər iltihabından dünyasını dəyişdi...
* * *
Onunla vidalaşmağa arasında Maykl Cekson da olmaqla, ulduzların əksəriyyəti gəlmişdi...
"Qremi" mükafatının növbəti təqdimat mərasimi də Ceyms Braunun xatirəsinə həsr olundu...
Amma həyatının son illərində yaşadığı problemlər ondan sonra da davam edirdi. Sonuncu arvadıyla əvvəlki qadınlardan olan övladlar arasında mal-mülk çəkişməsi başlandı. Musiqiçinin dəfn olunacağı yerin müəyyənləşdirilməsində yaranan mübahisələr üzündən Ceyms Braunun nəşi düz mart ayının 10-nadək torpağa tapşırılmadı...
* * *
Onu gizlicə dəfn etdilər, özü də müvəqqəti...
Fikirləşirlər ki, qohumları arasında danışıqlar ümumi razılaşma ilə bitəndən sonra rəsmi dəfn mərasimi keçirilsin...
Qohum-qardaş davası bu günədək sürür və bu insanlar heç düşünülər ki, bir zamanlar bütün musiqi ictimaiyyətinin gözlədiyi mərasim indi özlərindən savayı kimsə üçün maraqlı deyil...

1448