Azərbaycandan “Eurovision” iştirakçılarına səs göndəriləcək sms nömrəsi açıqlanıb
Azərbaycandan “Eurovision-2009” müsabiqəsinin iştirakçılarına səs göndəriləcək sms nömrəsi açıqlanıb.
Azərbaycan vətəndaşları “Eurovision-2009” müsabiqəsinin iştirakçı ölkələrin təmsilçilərini 9750 sms nömrəsi ilə dəstəkləyə biləcəklər. Bunu APA-ya açıqlamasında “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib. O bildirib ki, iştirakçının çıxış edəcəyi nömrəni yazıb bu sms nömrəsinə göndərməklə arzu etdiyin təmsilçiyə səs vermək olar: “Bu sms nömrəsindən ancaq Azərbaycanda yaşayanlar istifadə edəcəklər. Yəni bu sms nömrəsi ilə Azərbaycan təmsilçiləri Aysel və Araşı dəstəkləmək mümkün olmayacaq. Göndərilən 1 sms-in qiyməti 50 qəpik olacaq. Azərbaycan təmsilçilərinə bu sms nömrəsi ilə göndərilən səslər sayılmayacaq. Ona görə də tamaşaçıların diqqətli olması lazımdır”.
A. Kərimli onu da xatırladıb ki, səsvermədə ancaq iştirakçı ölkələrdə yaşayan soydaşlarımız iştirak edə biləcəklər. Xaricdə yaşayan həmvətənlərimiz Aysel və Araşı yaşadıqları ölkənin sms nömrəsinə onların sıra nömrəsini yazmaqla səs verə biləcəklər.
Xatırladaq ki, Azərbaycan təmsilçiləri mayın 14-də keçiriləcək ikinci yarımfinalda 12 nömrə altında çıxış edəcəklər. Təmsilçilərimizi digər iştirakçı ölkələrdə yaşayan soydaşlarımız dəstəkləmək hüququna malikdirlər. Aysel və Araş final mərhələsində iştirak hüququ qazansalar, təmsilçilərin yeni sıra nömrəsi olacaq.

Oxşar yazılar

Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14
Məşhur komediya ustası Peker Açıkala xəstəxanalıq oldu
28 aprel 2025 , 16:18
Teoman bu şəklin pərdəarxasını açıqladı
28 aprel 2025 , 11:10Bred Pitt özündən 29 yaş balaca sevgilisinə evlilik təklif etdi
26 aprel 2025 , 17:40
Əli Mirəliyev reanimasiyaya YERLƏŞDİRİLDİ
26 aprel 2025 , 06:47
Faytonçu Nazim suçiçəyi oldu? - AÇIQLAMA
25 aprel 2025 , 15:21