Baloğlan Əşrəfov: “Mən xəstə yatağında olanda utanmadan mahnıma klip çəkdirib”
22 aprel 2009 11:30 (UTC +04:00)

Baloğlan Əşrəfov: “Mən xəstə yatağında olanda utanmadan mahnıma klip çəkdirib”

Mayın 22-də Heydər Əliyev adına Sarayda əməkdar artist Baloğlan Əşrəfovun konserti keçirilib. Lent.az-ın məlumatına görə, müğənni proqrama 20 dəqiqə gecikib.

Konsertdə Baloğlan Əşrəfovu öz ansamblı- Şəhriyar instrumental ansambı, tar ifaçısı Humay Qədimova və iki gənc vokalist müşayiət edib.

Konsertdə iştirak edənlərin əksəriyyəti müğənninin boya-başa çatdığı cənub zonasının əhalisi olub. Baloğlan Əşrəfov özü də konsertdə bunu diqqətə çatdırıb.
Sadə ağ kostyumda səhnəyə çıxın Əşrəfov proqramın sonuna qədər həmin geyimdə çıxış edib. Müğənninin oynaq ritmik mahnılar ifa etməsinə baxmayaraq, salonda xüsusi canlanma, yüksək əhval-ruhiyyə nəzərə çarpmayıb.
“Mən səndən ayrlmazdım”, “O günlər”, “Leyla”, “Bu dünya” və digər mahnıları ifası ilə yanaşı o, tamaşaçılarla da xeyli söhbət edib. Maraqlı məqamlardan biri də Baloğlan Əşrfovun sənətçi yoldaşlarından birinə ünvansız sərt ismarıc olub: “Mən Türkiyədə xəstə yatağında olarkən səntəçilərdən biri anonim adla mahnımı oxuyub, utanmadan klip də çəkdirib!”
16 mahnı oxunması nəzərdə tutulan konsert proqramı genişlənib. Sənətçi ürəyindən keçən və sifariş edilən bir neçə mahnını repertuarına əlavə edib. Xalq artisti Yaşar Nuri müğənnidən “Bahar çiçəyi” mahnısını oxumağı xahiş edib. “Bahar çiçəyi”nin ardından “İtən eşqim”, “Əziz olur”, “Hər insan”, “Alagöz” və “Nədəndir” mahnıları səslənib.
Cahangir Cahangirovun “Alagöz” mahnısı Baloğlan Əşrəfovun nəfəsində olduqca fərqli səslənib. Əksəriyyəti orta yaşlı tamaşaçılardan ibarət olan salona “Möhtacam” mahnısı ilə gələn müğənniyə çox sayda gül dəstələri hədiyə edilib.
Konsert boyu Baloğlan Əşrəfovun oxumaqdan çox söhbətə yer ayırması ən yaddaqalan məqamlardan olub.
Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2236

Oxşar yazılar