Mübariz Mənsimov 144 metrlik göydələnin ilk müştərisi oldu
“Palmali” Şirkətlər Qrupu çoxmərtəbəli binada 8 mənzil almaq istəyir
Türkiyədəki yeni göydələn “Trump Towers İstanbul-Şişli”nin ilk böyük müştərisi bu ölkədə yaşayan azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov olub. Lent.az-ın Doğan Xəbər Agentliyinə (DHA) istinadən verdiyi məlumata görə, Mecidiyeköydə yüksələrək İstanbulun siluetinə qatılan “Trump Towers İstanbul- Şişli”dəki “penthouse”u (xudmani ev) da satın alan Mübariz Mənsimov binanın sürətlə aparılan inşa işlərinin başa çatmasını həyəcanla gözlədiyini deyib.
Modern ofisləri olacaq Trump Towers İstanbul-Şişlidəki inşaat işlərinin isə 2011-ci ildə başa çatacağı gözlənilir.
Bina iki ayr-ayrı qüllədən ibarətdir. Onlardan biri iş mərkəzi, digəri isə rezidensiya (yaşayış yeri, iqamətgah) olacaq.
39 mərtəbəli qüllələrin hər birinin uzunluğu 144 metrdir.
M.Mənsimov rezidensiyada 8 mənzilə müştəri çıxıb.
Yeni tikilidə beşmərtəbəli alış-veriş mərkəzi, 185 mağaza olacaq.
“Trump Towers” daşınmaz əmlak sahəsində dünyanın ən böyüklərindən biri olan “Donald Trump”un Avropadakı ilk yatırımı nəticəsində yaradılıb.

Oxşar yazılar

Məşhur aktrisanın 25 ildir pişikləri ilə yaşadığı lüks evi
28 aprel 2025 , 18:52Heç Rəşad Dağlını azadlıqda belə sevmirdilər - REPLİKA
28 aprel 2025 , 17:14
Məşhur komediya ustası Peker Açıkala xəstəxanalıq oldu
28 aprel 2025 , 16:18
Teoman bu şəklin pərdəarxasını açıqladı
28 aprel 2025 , 11:10Bred Pitt özündən 29 yaş balaca sevgilisinə evlilik təklif etdi
26 aprel 2025 , 17:40
Əli Mirəliyev reanimasiyaya YERLƏŞDİRİLDİ
26 aprel 2025 , 06:47
Faytonçu Nazim suçiçəyi oldu? - AÇIQLAMA
25 aprel 2025 , 15:21