Ötən gün Müdafiə Nazirliyinin paylaşdığı videodakı sonuncu görüntü sosial şəbəkələrdə yayılaraq “Günün fotosu”na çevrilib.
Lent.az xəbər verir ki, Azərbaycan əsgərinin top atdıqdan sonrakı duruşu ölkədə ən çox paylaşılan kadr olub. Hər kəs fotonu paylaşaraq onu ordumuzun simvolu adlandırıb.
Hətta fotonu Türkiyə mediası da paylaşıb.