Ukrayna müharibəsi narkotik daşımalarına təsir edib: Azərbaycan ehtiyatlı olmalıdır
02 fevral 2024 18:10 (UTC +04:00)

Ukrayna müharibəsi narkotik daşımalarına təsir edib: Azərbaycan ehtiyatlı olmalıdır

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Avropaya heroin və digər narkotik vasitələrin daşınması marşrutu dəyişib.

Lent.az beynəlxalq təşkilatların hesabatlarına istinadən xəbər verir ki, heroinin daşınması üçün hazırda 4 əsas marşrutdan istifadə olunur. Həmin marşrutlar Balkan, Cənub, Qafqaz və Şimal marşrutu sayılır.

Qafqaz marşrutu Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana, Rumıniyaya narkotik daşımalarını nəzərdə tutur. Bundan başqa, İran, Azərbaycan və Ermənistandan narkotik vasitələrin Gürcüstana keçirilərək Ukrayna daşınması halları da az deyil.

Ukrayna ümumiyyətlə, tarixən Şimal və Qafqaz marşrutları boyunca heroinin daşınma məntəqəsi və anbar yeri kimi istifadə olunub. Heroin daşımaları əsasən Odessa vasitəsilə aparılır, sonra ya ölkədə saxlanılır, ya da birbaşa Rumıniya və ya Bolqarıstan limanlarına göndərilir. Rusiyanın Ukraynaya hücumu Batumidən Odessaya bərələrlə narkotikin çatdırılmasını prosesini dayandırıb. İndi Rumıniya, Moldova və Bolqarıstanın narkotik daşımalarında rolu artıb.

Cinayətkar qruplar narkotik vasitələrin və qeyri-qanuni miqrantların daşınması üçün alternativ yollar axtarır. Bunun üçün məsələn, Baltikyanı ölkələr vasitəsilə marşrut yolları istifadə olunur. Ukrayna Moldova ilə birlikdə heroin saxlama məntəqəsi kimi önəmli olaraq qalır. Narkotik biznesinə Almaniyada yaşayan etnik cinayət şəbəkələrin üzvləri nəzarət edir. Onlar heroini saxlamaq və daha sonra Aİ-yə daşımaq üçün Ukraynada şirkətlər yaradırlar. Bu çoxqatlı və çətinə minlərlə insan daxil olur.

Rusiya-Ukrayna müharibəsinə baxmayaraq, Ukraynada saxlanılan heroin Aİ-yə çatdırılmaqda davam edir. Beynəlxalq hesabatlarda deyilir ki, Ukraynada fəaliyyət göstərən cinayət şəbəkələri qaçqınların və humanitar yardımların hərəkətindən istifadə edə bilərlər. Rusiyaya qarşı sanksiyalar və nəzarət-buraxılış məntəqələrinin bağlanması, belə Avropaya Rusiya ərazisindən potensial heroin daşınmalarını azaltmır. Bu məsələ Azərbaycan üçün də potensial risklər yaradır.

Belə ki, Şərqlə Qərbi birləşdirən logistik yolların üzərində yerləşən Azərbaycandan narkotik trafiki cəhdləri arta bilər. Rusiya yolu bağlana narkosindikatlar Əfqanıstan və Cənubi-Şərqi Asiyadakı narkotika mərkəzlərindən İrandan və Qazaxıstandan keçməklə Azərbaycana, Gürcüstana və Türkiyəyə yönəlirlər. Bu kontekstdə regional autsayder sayılan Ermənistanın İranla sərhədlərini effektiv qoruya bilmədiyi, Avropaya daşınan narkotikin önəmli hissəsinin məhz Ermənistandan keçdiyi məlumdur. Avropol qeyd edir ki, Ukraynada o qədər heroin yığılıb ki, Talibanın Əfqanıstanda tiryək əkinini qadağan etmək qərarına baxmayaraq, Avropada heroin qıtlığından əsər-əlamət yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5430
avatar

Vüqar İsmayılov

Oxşar yazılar

Toyda qətl törədənə 18 il CƏZA

Toyda qətl törədənə 18 il CƏZA

13 dekabr 2024 , 17:40
Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

Gecəyarı Bakı sakininə bıçaq çəkib pulunu aldılar

13 dekabr 2024 , 17:36
Polis dostunu güllələyib öldürdü

Polis dostunu güllələyib öldürdü

13 dekabr 2024 , 15:52
Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

Azərbaycanlı cinayətkar dəstə üzvləri ələ keçirildi

13 dekabr 2024 , 15:26
8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

8 uşaq anası ərini öldürüb tikə-tikə doğradı

13 dekabr 2024 , 13:16
Bakıda narkokuryerlər tutuldu - VİDEO

Bakıda narkokuryerlər tutuldu - VİDEO

13 dekabr 2024 , 10:35
Arvadını öldürüb intihara cəhd etdi

Arvadını öldürüb intihara cəhd etdi

12 dekabr 2024 , 15:45
Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

Qonaq getdiyi evə od vurdu, dostu yanıb öldü

12 dekabr 2024 , 12:30