Ucarda narkotacir avtomatla   tutuldu
31 yanvar 2026 12:15 (UTC +04:00)

Ucarda narkotacir avtomatla tutuldu

0

Ucarda polisin keçirdiyi əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 46 yaşlı Rüfət İbrahimov saxlanılıb. 

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a bildirilib ki, həmin şəxsdən psixotrop maddə olan metamfetamin və 1 ədəd “Kalaşnikov” avtomatı aşkarlanıb. R.İbrahimov həmin silahı satmaq məqsədi ilə Ucar rayonuna gətirdiyini bildirib. 

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar