Türkiyədə məktəbə silahlı hücum:  18 nəfəri yaralayan şagird intihar etdi  - YENİLƏNİB
14 aprel 2026 12:22 (UTC +04:00)

Türkiyədə məktəbə silahlı hücum: 18 nəfəri yaralayan şagird intihar etdi - YENİLƏNİB

0

Türkiyədə şagirdin liseyə hücumu zamanı yaralananların sayı artıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, silahlı hücum nəticəsində yaralı sayı 18-ə yüksəlib.

Qeyd olunur ki, onların 12-si şagird, 2-si müəllim, 2-si isə mülki şəxslərdir. Digər 2 nəfərin kimliyi isə açıqlanmayıb.

***
11:52

Türkiyədə şagird liseyə silahlı hücum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, insident Şanlıurfanın Siverek qəsəbəsindəki Anadolu liseyində qeydə alınıb.

Burada təhsil alan şagirdlərdən biri tüfənglə atəş açaraq 7-si şagird və biri müəllim olmaqla 8 nəfəri yaralayıb. Silahlı hücum törədən şagirdin isə intihar etdiyi bildirilir.

Hadisə ilə bağlı əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1004

Oxşar yazılar