Türkiyədə şagirdin liseyə hücumu zamanı yaralananların sayı artıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, silahlı hücum nəticəsində yaralı sayı 18-ə yüksəlib.
Qeyd olunur ki, onların 12-si şagird, 2-si müəllim, 2-si isə mülki şəxslərdir. Digər 2 nəfərin kimliyi isə açıqlanmayıb.
***
11:52
Türkiyədə şagird liseyə silahlı hücum edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, insident Şanlıurfanın Siverek qəsəbəsindəki Anadolu liseyində qeydə alınıb.
Burada təhsil alan şagirdlərdən biri tüfənglə atəş açaraq 7-si şagird və biri müəllim olmaqla 8 nəfəri yaralayıb. Silahlı hücum törədən şagirdin isə intihar etdiyi bildirilir.
Hadisə ilə bağlı əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
