Türkiyədə DƏHŞƏT:  qonşusunun evinə girib 2-i uşaq, 5 nəfəri  öldürdü
23 noyabr 2023 10:38 (UTC +04:00)

Türkiyədə DƏHŞƏT: qonşusunun evinə girib 2-i uşaq, 5 nəfəri öldürdü

Türkiyədə qonşu qətliam törədib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhərinin Sincan qəsəbəsində baş verib. Əvvəllər də səs-küy səbəbilə dəfələrlə mübahisə edən alt-üst mərtəbə qonşularının növbəti davası qətliamla nəticələnib. Belə ki, səs-küydən bezən 72 yaşlı kişi üst qonşusunun evinə girərək, 2-i uşaq olmaqla 5 nəfəri güllələyib.

Nəticədə onların 4-ü hadisə yerində, 1-i isə xəstəxanada ölüb.

Hadisəni törədən yaşlı kişi cinayət aləti olan ov tüfəngi ilə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 3900
avatar

Oxşar yazılar