Rusiyada 11 il əvvəl cinayət törədən azərbaycanlı saxlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, saxlanılan Ülfət Məmmədov 2013-cü ildə Rusiya Federasiyası ərazisində cinayət törədib. O, adam oğurluğu və qəsdən adam öldürməkdə ittiham olunur.
Məlumata əsasən, təqsirli şəxs qrup halında cinayət törədib. Ü. Məmmədov da həmin qrupun üzvüdür. Törətdiyi əmələ görə barəsində axtarış elan olunub.
Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ülfət Məmmədov Bakı şəhəri ərazisində saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.